EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

Redaktor

13.08.2025 16:20
1,265

EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən EcomX e-ticarət təlim və inkubasiya proqramı üç ay davam edən intensiv təlimlər nəticəsində 15 yeni e-ticarət biznesinin yaranması ilə yekunlaşıb. 
Proqramın kulminasiya nöqtəsi 9 avqustda baş tutan Demo Day tədbiri oldu. Tədbirdə Bakı, Gəncə, Sumqayıt və Lənkərandan seçilmiş 21 layihədən 15-i investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında ideyalarını təqdim etdilər. Müsabiqənin qalibləri hər biri 10,000 AZN mükafat qazanaraq bizneslərini genişləndirmək imkanı əldə ediblər.
EcomX proqramı Azərbaycanda ilk dəfə keçirilməsi ilə yanaşı, beynəlxalq proqramlarda iştirak etmiş təlmçi və mentorların dəstəyi ilə hazırlanmışdır. ecomX inkubasiya proqramının layihə rəhbəri Orxan Əhmədovun verdiyi məlumata əsasən; Fevral–aprel aylarında keçirilən “e-ticarətə giriş” təlimlərinə 780-dən çox müraciət daxil olmuş və 180-dən çox iştirakçı e-ticarətin əsasları, məhsul seçimi, rəqəmsal marketinq və platforma idarəçiliyi üzrə biliklər əldə etdikləri barədə sertifikatla təltif olunublar.. Daha sonra May ayında təşkil olunan ideaton mərhələsində 50-dən çox layihə arasından 21 perspektivli ideya inkubasiya proqramına qəbul olunub. May–iyul aylarında isə iştirakçılar 36 onlayn və 12 canlı tədbirdə məhsul inkişafı, hüquqi əsaslar, maliyyə planlaması və bazar strategiyaları üzrə təlimlər alaraq ideyalarını real bizneslərə çevirməyə nail olublar.
EcomX Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və regionlarda sahibkarlığın təşviqinə töhfə vermişdir. Proqram  BONPARA şirkəti tərəfindən təşkil olunub və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUPVC, Azərbaycan E-ticarət Birliyi, eləcə də .ini, epoint, brandmaker, cib.business və kargomat şirkətlərinin dəstəyi ilə həyata keçirilmişdir. 
Proqramın uğurla başa çatması, Azərbaycanda e-ticarət biznesinə olan maraq və bu sahənin perspektivlərinin yüksək olduğunu bir daha təsdiq etmiş oldu. Təşkilatçılar ecomX proqramının növbəti mərhələsinin tezliklə elan olunacağı və yeni bizneslərin yaranmasına dəstək göstərəcəklərini qeye ediblər. EcomX proqramı nəticəsində yaranan 15 yeni biznes yerli və qlobal bazarda Azərbaycanın yeni nəsil sahibkarlarını təmsil edəcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub

17.07.2026
Müştərilərə ən çox kredit verən banklar

Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ

17.07.2026

"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

17.07.2026

Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?

17.07.2026

Tələbəsi ilə layihə qurdu, dünyanın ən məşhur platformalarından birini yaratdı

17.07.2026

Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə

17.07.2026

“Paşa Bank”ın mənfəəti 26% azalıb, aktivləri 9,5 milyard manatı ötüb

17.07.2026

Bazar dəyərinə görə dünyanın ən böyük kosmetika şirkətləri - TOP 10

17.07.2026

"Coca-Cola"nın törəməsi istehsalı dayandırdı

17.07.2026

Bolt Azərbaycan üzrə yeni Baş meneceri İlkin Zeynallı: “Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir” ®

17.07.2026
Ən böyük depozit portfeli hansı bankdadır?

Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ

17.07.2026

Nəqliyyat vasitələri endirilmiş qiymətlə hərraca çıxarılır - QİYMƏTLƏR

17.07.2026

Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz

17.07.2026

"Atəşgah Həyat" 5 ayda müştərilərinə ən çox apreldə ödəniş edib - CƏDVƏL

17.07.2026
"Rabitəbank"ın ən çox kredit verdiyi 10 region

"Rabitəbank"ın ən çox kredit verdiyi 10 region - SİYAHI

17.07.2026

"Unicapital"ın dövriyyəsi yüksəldi, əməliyyat aktivliyi zəiflədi

17.07.2026

Şəfəq Mehrəliyeva: "Süni intellekt yeni mənəvi çağırışlar yaradır"

17.07.2026

Startapçıların pul itirməsinə səbəb olan 5 kibertəhlükəsizlik səhvi

17.07.2026

"SpaceX"in "Starship" raketinin buraxılışı ləğv edilib

17.07.2026

İki tələbənin sadə ideyası bu gün 1 milyondan çox istifadəçisi olan platformaya çevrildi

17.07.2026

Məzənnə

Yüklənir...