Redaktor
"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək
Texnologiya sektorunda ixtisarlar davam edir. Bu dəfə analoji addımı e-ticarət nəhəngi "eBay" atıb.
Valyuta.az xəbər verir ki, şirkət qlobal işçi qüvvəsinin təxminən 6%-ni, yəni 800-ə yaxın əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Bloomberg-ə danışan şirkət rəsmiləri bildiriblər ki, qərar təşkilati strukturu strateji prioritetlərlə uyğunlaşdırmaq və müəyyən sahələrə yenidən investisiya yatırmaq məqsədi daşıyır. Bununla yanaşı, əsas istiqamətlər üzrə işə qəbul prosesinin davam edəcəyi vurğulanıb.
İxtisar qərarı ilə eyni gündə "eBay" ikinci əl moda platforması "Depop"u "Etsy"dən 1,2 milyard dollara satın alacağını da elan edib. Bu addım şirkətin ikinci əl moda bazarında mövqeyini gücləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, "eBay" iki il əvvəl də əməkdaşlarının təxminən 9%-ni ixtisar edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanın avtomobil istehsalı 71%-dən çox artıb
28.02.2026Bu şəxslərə inanmayın:Pulunuz oğurlana bilər - VİDEO
28.02.2026"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək
28.02.2026Ev tikmək istəyənlərin nəzərinə: Hansı qaydaları bilmək lazımdır? - VİDEO
28.02.2026Tovuzda “Mercedes C180” 800 manata hərracda satışa çıxarılır
28.02.2026Azərbaycan nefti ucuzlaşıb
28.02.2026Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
28.02.2026Rəvan Əlizadəyə yüksək vəzifə verildi
28.02.2026Bank sektorunda son 5 ildə neçə nəfər işçi işləyib? - CƏDVƏL
28.02.2026İflasdan sonra yenidən yüksələn 8 məşhur şirkət - SƏHƏR OXUSU
28.02.2026Süni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?
27.02.2026"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026