Redaktor
Bu şəxslərə inanmayın:Pulunuz oğurlana bilər - VİDEO
Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib.
Valyuta.az xəbər verir ki, müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi vurğulanıb.
Qeyd olunub ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.
"Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
Eyni zamanda "WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək "WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən "texniki dəstək” adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.
Risklə üzləşdiyiniz halda dərhal polisə və xidmət göstərən banka məlumat verilməsi tövsiyə olunur.
Unutmayaq ki, kibertəhlükəsizlik hər bir vətəndaşın məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq-sayıq olun. Şəxsi məlumatlar açardır, onu başqalarına vermə", - müraciətdə deyilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı-Naxçıvan-Bakı avtobusları fəaliyyətini dayandırdı
28.02.2026Azərbaycanın avtomobil istehsalı 71%-dən çox artıb
28.02.2026Bu şəxslərə inanmayın:Pulunuz oğurlana bilər - VİDEO
28.02.2026"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək
28.02.2026Ev tikmək istəyənlərin nəzərinə: Hansı qaydaları bilmək lazımdır? - VİDEO
28.02.2026Tovuzda “Mercedes C180” 800 manata hərracda satışa çıxarılır
28.02.2026Azərbaycan nefti ucuzlaşıb
28.02.2026Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
28.02.2026Rəvan Əlizadəyə yüksək vəzifə verildi
28.02.2026Bank sektorunda son 5 ildə neçə nəfər işçi işləyib? - CƏDVƏL
28.02.2026İflasdan sonra yenidən yüksələn 8 məşhur şirkət - SƏHƏR OXUSU
28.02.2026Süni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?
27.02.2026"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026