Redaktor
Dünyanın milyarder musiqiçiləri: Sərvətlərini necə qazanıblar?
Musiqi sənayesi bəzi ulduzları təkcə səhnədə deyil, biznes dünyasında da zirvəyə daşıyıb. Konsertlərdən əldə olunan gəlirlə yanaşı, musiqi kataloqları, şirkətlər, brend əməkdaşlıqları və investisiyalar onların sərvətlərini milyardlarla dollara çatdırıb.
Jay-Z
Təxminən 2,8 milyard dollarlıq sərvəti ilə siyahıya başçılıq edir. Reper sərvətini musiqidən əlavə,” Armand de Brignac” şampanı, “D'Ussé” konyakı, əyləncə şirkəti “Roc Nation”, texnologiya investisiyaları və daşınmaz əmlak layihələri hesabına formalaşdırıb.
Taylor Swift
Sərvəti təxminən 2,1 milyard dollardır. O, bu həddə əsasən rekord qıran “The Eras Tour”, musiqi kataloqu, albom satışları və yayım platformalarından əldə etdiyi gəlirlər sayəsində çatıb.
Bruce Springsteen
Sərvəti təxminən 1,2 milyard dollar qiymətləndirilir. Bunun əsas səbəbi 2021-ci ildə musiqi kataloqunu “Sony Music”ə yüz milyonlarla dollara satması, həmçinin uzun illər davam edən konsert fəaliyyətidir.
Dr. Dre
Təxminən 1 milyard dollarlıq sərvətə malik Dr. Dre isə əsas gəlirini “Beats Electronics” qulaqlıqlarını yaradaraq əldə edib. Şirkət 2014-cü ildə Apple tərəfindən 3 milyard dollara satın alınıb.
Beyoncé Knowles-Carter
Sərvəti də təxminən 1 milyard dollardır. O, musiqi ilə yanaşı dünya turları, moda və saç baxımı brendləri, reklam müqavilələri və digər biznes layihələrindən böyük gəlir əldə edir.
Rihanna
O, 1 milyard dollarlıq sərvətə sahibdir. Onun sərvətinin əsas hissəsi musiqidən deyil, “Fenty Beauty” kosmetika brendi və “Savage X Fenty” geyim markasından gəlir.
Bu nümunələr göstərir ki, müasir musiqiçilər sərvətlərini təkcə hit mahnılarla deyil, güclü biznes strategiyaları və uğurlu investisiyalarla formalaşdırırlar.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma
22.07.2026Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi
22.07.2026Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır
22.07.2026Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək
22.07.2026"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026