Redaktor
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
2026-cı ildə ərzaq inflyasiyasının ən çox hiss olunduğu ölkələrin siyahısı məlum olub.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, "Visual Capitalist” platformasının yaydığı məlumata görə, cari ilin yanvarın 1-dən 25 fevrala qədər ərzaq infilyasiyasının ən çox olduğu ölkələr sırasında İran 1-ci, Azərbaycan isə 26-cı yerdə gəlir.
Belə ki, İran 55,9%-lik proqnozlaşdırılan artımla siyahıya başçılıq edir ki, bu da qlobal orta göstərici olan 3,2%-dən xeyli yüksəkdir. Hazırda da valyuta təzyiqləri və əvvəlki inflyasiya dalğaları ərzaq qiymətlərinə təsir etməyə davam edir.
33,2% Argentina və 24,1% Türkiyə 2-ci və 3-cü yerlərdədir və hər iki ölkədə çoxillik inflyasiya tendensiyaları davam edir.
Cədvəldə Azərbaycanın mövqeyinə gəldikdə isə, ölkəmiz siyahıda 26-cı sırada qərarlaşıb. 2026-cı ildə Azərbaycanda ərzaq inflyasiyasının 6,8% səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici bir çox ölkələrlə müqayisədə daha aşağıdır.
Ərzaq qiymətləri dünya üzrə ev təsərrüfatları üçün ən davamlı xərc təzyiqlərindən biri olaraq qalır. 2026-cı ildə bəzi ölkələrdə ərzaq xərclərinin kəskin artacağı, digərlərində isə nisbətən sabit qalacağı gözlənilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni proqnozlarına görə, 2026-cı ildə 160 ölkə üzrə ərzaq inflyasiyası kəskin fərqlənəcək, bəzi iqtisadiyyatlarda iki rəqəmli artımlar, digərlərində isə qiymətlərin azalması müşahidə oluna bilər.

Bu xəritə 160 ölkəni ərzaq qiymətlərinin illik dəyişmə proqnozuna görə sıralayır və 2026-cı ildə ev təsərrüfatlarının ən çox hansı ölkələrdə yüksək qiymət artımı ilə üzləşəcəyini göstərir.
Ərzaq qiymətlərinin ən sürətlə artacağı ölkələr:
Hazırda inflyasiya təzyiqləri əsasən inkişaf etməkdə olan və idxaldan asılı iqtisadiyyatlarda daha güclü təsir olaraq qalır. Ərzaq inflyasiyasına valyuta dəyişiklikləri, xammal qiymətləri, ticarət pozuntuları və daxili təchizat şəraiti təsir edir. Valyutası dəyərdən düşən və ya iqtisadi qeyri-sabitlik yaşayan ölkələrdə ərzaq qiymətləri daha sürətlə artır. Siyahının başında İran yer alır, burada ərzaq qiymətlərinin illik 55,9% artacağı proqnozlaşdırılır.
İranda valyutanın dəyər itirməsi və uzunmüddətli inflyasiya təzyiqləri son illərdə ərzaq inflyasiyasını artıq çox yüksək səviyyəyə çatdırıb. 2026-cı il proqnozu bu təzyiqlərin davam edə biləcəyini göstərir.
Sub-Sahara Afrikasının bir sıra ölkələri, Nigeriya (17,1%), Anqola (14,8%), Zambiya (10,8%) və Efiopiya (10,1%) da ən yüksək göstəricilər sırasında yer alır. Bu ölkələrin çoxunda ərzaq inflyasiyası valyuta dalğalanması, idxaldan asılılıq və təchizat problemləri ilə sıx bağlıdır.
Ərzaq inflyasiyasında regional fərqlər:
Qlobal orta göstərici 3,2% səviyyəsində proqnozlaşdırılsa da, regionlar üzrə fərqlər 2026-cı ildə ərzaq qiymətlərinin necə dəyişəcəyində ciddi fərqliliklərin olduğunu göstərir.
Məlumata əsasən, ərzaq qiymətlərinin ən çox artacağı region Yaxın Şərq və Şimali Afrika (MENA) bölgəsidir. Bu regionda 2026-cı ildə ərzaq inflyasiyasının 8,9% səviyyəsində olacağı gözlənilir. İkinci yerdə 4,8% ilə Latın Amerikası qərarlaşıb.Şimali Amerikada ərzaq qiymətlərinin 4,3%, Avropa və Mərkəzi Asiya regionunda isə 4,2% artacağı proqnozlaşdırılır. Cənubi Afrikada bu göstəricinin 3,8% olacağı gözlənilir.
Daha aşağı inflyasiya səviyyəsi isə Cənubi Asiyada müşahidə olunur, burada ərzaq qiymətlərinin 2,7% artacağı ehtimal edilir. Ən aşağı göstərici isə Asiya-Sakit okean regionuna aiddir. Bu bölgədə ərzaq inflyasiyasının cəmi 1% olacağı proqnozlaşdırılır.
Qlobal ərzaq inflyasiyasının 2026-cı ildə birrəqəmli səviyyədə qalacağı gözlənsə də, regional mənzərə daha qeyri-bərabərdir. Yüksək inflyasiyalı iqtisadiyyatlarda yaşayan milyonlarla ev təsərrüfatı üçün ərzaq xərcləri yaxın ildə də ən davamlı iqtisadi təzyiqlərdən biri olaraq qala bilər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏt bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?
24.03.2026"Ford" 254 min avtomobili geri çağırır: Səbəb nədir?
24.03.20262026-cı ildə maddi çətinlikdən yorulanlar üçün Amerikada yaşanmalı 6 yer
24.03.2026"Instagram" gözlənilən yeni funksiyasını təqdim etdi
24.03.2026Müasir maliyyəni formalaşdıran 5 qadın
24.03.2026Avropa ökəsində yanacaq satışı məhdudlaşdırıldı
24.03.2026Almaniya Azərbaycandan xam neft alışını kəskin azaldıb
24.03.2026Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib
24.03.2026Yaxın Şərq gərginliyi bazarları təzyiq altında saxlayır: Dollar və neft bahalaşır
24.03.2026Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
24.03.2026"Google" sizin dediklərinizi qeyd edir: Bu funksiyanı necə söndürmək olar?
24.03.2026Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24.03.2026Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
24.03.2026Bu avtomobillər kəskin bahalaşıb - VİDEO
24.03.202630 ildən sonra işlədiyi şirkətdə CEO oldu
24.03.2026Bankların fəaliyyəti dayandırılacaq? - VİDEO
24.03.2026Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24.03.2026