Redaktor
Yaxın Şərq gərginliyi bazarları təzyiq altında saxlayır: Dollar və neft bahalaşır
ABŞ prezidenti Donald Trampın İrana qarşı hücumu təxirə salmasına baxmayaraq, Yaxın Şərqdə qarşıdurmaların davam etməsi qlobal maliyyə bazarlarında ehtiyatlı əhval-ruhiyyənin qalmasına səbəb olub. İnvestorların riskə meyli zəifləyərkən, dollar məhdud da olsa dəyər qazanıb.
Valyuta.az xəbər verir ki, Tramp “Truth Social” platformasında verdiyi açıqlamada ABŞ ilə İran arasında “çox yaxşı və səmərəli” danışıqlar aparıldığını və regionda “tam həll” ehtimalının gündəmdə olduğunu bildirib. Lakin İran rəhbərliyi birbaşa danışıqlar iddialarını rədd edərək, sahədə gərginliyin davam etdiyinə işarə edib.
Ziddiyyətli açıqlamalar və davam edən toqquşmalar qlobal bazarlarda istiqamət axtarışını çətinləşdirir. Trampın İranın enerji infrastrukturuna mümkün hücumu 5 gün təxirə salması qısamüddətli rahatlama yaratsa da, bunun uzunmüddətli həll olub-olmayacağı sual altındadır.
Xüsusilə Hörmüz boğazında artan risklər qlobal enerji təchizatı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Dolların əsas valyutalara qarşı göstəricisini əks etdirən dollar indeksi 0,2 faiz artaraq 99,387 səviyyəsinə yüksəlib. İndeks aylıq əsasda 1,8 faiz artımla son aylardakı ən güclü performansını nümayiş etdirir. Analitiklər hesab edir ki, geosiyasi risklər əhəmiyyətli dərəcədə azalmadıqca dollar güclü mövqeyini qoruyacaq.
Enerji bazarlarında da dalğalanma davam edir. Brent markalı neftin qiyməti yenidən 100 dolları keçərək geosiyasi risklərin qiymətlərə təsirini göstərib.
ABŞ-ın 2 illik dövlət istiqrazlarının gəlirliliyi isə 7,7 baza bəndi artaraq 3,908 faizə yüksəlib. Bu artım bazarların Federal Ehtiyat Sisteminin faiz endirimi ilə bağlı gözləntilərini yenidən qiymətləndirdiyini göstərir.
Ekspertlər Yaxın Şərqdəki proseslər aydınlaşmadan bazarlarda sabit istiqamətin formalaşmasının çətin olduğunu bildirirlər. Geosiyasi risklər yüksək qalarsa, dolların güclü mövqeyini qoruyacağı, enerji qiymətlərində isə dalğalanmanın davam edəcəyi proqnozlaşdırılır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏt bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?
24.03.2026"Ford" 254 min avtomobili geri çağırır: Səbəb nədir?
24.03.20262026-cı ildə maddi çətinlikdən yorulanlar üçün Amerikada yaşanmalı 6 yer
24.03.2026"Instagram" gözlənilən yeni funksiyasını təqdim etdi
24.03.2026Müasir maliyyəni formalaşdıran 5 qadın
24.03.2026Avropa ökəsində yanacaq satışı məhdudlaşdırıldı
24.03.2026Almaniya Azərbaycandan xam neft alışını kəskin azaldıb
24.03.2026Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib
24.03.2026Yaxın Şərq gərginliyi bazarları təzyiq altında saxlayır: Dollar və neft bahalaşır
24.03.2026Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
24.03.2026"Google" sizin dediklərinizi qeyd edir: Bu funksiyanı necə söndürmək olar?
24.03.2026Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24.03.2026Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
24.03.2026Bu avtomobillər kəskin bahalaşıb - VİDEO
24.03.202630 ildən sonra işlədiyi şirkətdə CEO oldu
24.03.2026Bankların fəaliyyəti dayandırılacaq? - VİDEO
24.03.2026Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24.03.2026