Bankların fəaliyyəti dayandırılacaq? -

Redaktor

24.03.2026 10:59
109

Bankların fəaliyyəti dayandırılacaq? - VİDEO

Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.

Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb. Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.

Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi? İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:

"Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyunktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər".

Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir. Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?

24.03.2026

"Ford" 254 min avtomobili geri çağırır: Səbəb nədir?

24.03.2026

2026-cı ildə maddi çətinlikdən yorulanlar üçün Amerikada yaşanmalı 6 yer

24.03.2026

"Instagram" gözlənilən yeni funksiyasını təqdim etdi

24.03.2026

Müasir maliyyəni formalaşdıran 5 qadın

24.03.2026

Avropa ökəsində yanacaq satışı məhdudlaşdırıldı

24.03.2026

Almaniya Azərbaycandan xam neft alışını kəskin azaldıb

24.03.2026

Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib

24.03.2026

Yaxın Şərq gərginliyi bazarları təzyiq altında saxlayır: Dollar və neft bahalaşır

24.03.2026

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

24.03.2026

"Google" sizin dediklərinizi qeyd edir: Bu funksiyanı necə söndürmək olar?

24.03.2026

Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

24.03.2026

Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?

24.03.2026

Bu avtomobillər kəskin bahalaşıb - VİDEO

24.03.2026

30 ildən sonra işlədiyi şirkətdə CEO oldu

24.03.2026

Bankların fəaliyyəti dayandırılacaq? - VİDEO

24.03.2026

Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi

24.03.2026
Dünya milyarderlərinin doğulduğu şəhərlər

Dünya milyarderlərinin doğulduğu şəhərlər - SİYAHI

24.03.2026

Azərbaycan nefti ucuzlaşdı

24.03.2026

Gördüyü işdən ayda 3500 dollar qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

24.03.2026

Məzənnə

Yüklənir...