Redaktor
Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark - Ağsu Aqroparkı
Aprelin 8-də İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağsu Aqroparka mediatur təşkil edilib.
Valyuta.az xəbər verir ki, “Ağsu Aqropark” QSC-nin baş direktoru Atabab İsayev media nümayəndələrinə Ağsu Aqroparkda görülən işlər barədə məlumat verib.
Bildirlib ki, 2018-ci il ildə fəaliyyətə başlayan Ağsu Aqroparkın əsas fəaliyyət istiqaməti heyvandarlıq və bitkiçilikdir. Layihə dəyəri 18 milyon manatdan çox olan Aqropark ərazisində əkin işləri həyata keçirilib ki, bunun da 600 hektarında buğda, 600 hektarında arpa, 400 hektarında qarğıdalı, 200 hektarında isə yonca əkilib. Qeyd etmək lazımdır ki, Ağsu Aqropakda Niderland, ABŞ, İsrail kimi qabaqcıl ölkələrin kənd təsərrüfatı sahəsində olan təcrübəsindən geniş istifadə edilir.
Heyvandarlıq sahəsi üzrə həyata keçirilən işlərə nəzər salsaq, Ağsu Aqroparkda hazırda 2200-dən çox iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. Burada il ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. İndiyədək təqribən 15 milyon litrdən çox süd istehsal edilib. Ötən il isə Ağsu Aqroparkda 4 milyon ton litr süd, 360 ton ət istehsalı həyata keçirilib. Aqroparkın heyvandarlıq təsərrüfatında əsasən Avstriya və Almaniyadan olan Simmental cinsli heyvanlar bəslənilir.
Ağsu Aqropark həmçinin əhalinin məşğulluq səviyyəsinin də yüksəldilməsinə mühüm töhfə verən təsərrüfat sahələrindədir. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər
10.03.2026Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"
10.03.2026Sabah yağış yağacaq, külək əsəcək
10.03.2026Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq
10.03.2026Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb
10.03.2026Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"
10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"
10.03.2026Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub
10.03.2026Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub
10.03.2026Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10.03.2026