Redaktor
Dünya Bankı: Azərbaycan turizmi bir neçə bazardan həddindən artıq asılıdır
Azərbaycana gələn xarici turistlərin 66 %-i cəmi 3-4 əsas bazarın payına düşür ki, bu da ölkənin turizm sektoru üçün struktur riski yaradır.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi Şon Mann Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, turist axınının məhdud sayda bazardan asılı olması həmin ölkələrdə baş verə biləcək iqtisadi və ya siyasi dəyişikliklər nəticəsində Azərbaycanda turizm tələbinin kəskin azalmasına səbəb ola bilər: "2017–2025-ci illərin dinamikası turizm bazarında mühüm dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Pakistan və Türkiyədən Azərbaycana gələn turistlərin sayı artıb. Bunun əksinə olaraq, Azərbaycanın ənənəvi turizm bazarları hesab olunan Rusiya, Gürcüstan, İran və Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında azalma müşahidə edilib".
Dünya Bankının nümayəndəsi bildirib ki, bu dəyişikliklər qismən hava nəqliyyatı əlaqələri və viza rejimindəki yeniliklərlə bağlı olsa da, eyni zamanda bazarların strukturunda baş verən transformasiyanı əks etdirir: "Yeni bazarlardan daha çox turist cəlb etmək üçün həmin ölkələrin tələbatına uyğun turizm məhsullarının hazırlanması və təklif olunması vacibdir. Bu yanaşma Azərbaycanın turizm sektorunun dayanıqlığını artırmaqla yanaşı, bazarların şaxələndirilməsinə də töhfə verə bilər".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ
22.07.2026Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər
22.07.2026Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib
22.07.2026Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
22.07.2026“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”
22.07.2026Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb
22.07.2026