Redaktor
Dövlət Vergi Xidmətinin milyonluq layihəsini udan şirkət məlum oldu
Dövlət Vergi Xidmətinin elan etdiyi tenderin qalibi müəyyənləşib.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Nooga Development AZ” MMC olub. Şirkət 2026-cı il üzrə Dövlət Vergi Xidmətinin istifadəsində olan proqram təminatlarına texniki dəstəyin göstərilməsi üzrə satınalmanı qazanıb.
Tender çərçivəsində “PKS AİS”, “DeepSage”, “TAXESBI” və “Common Reporting Standards” sistemlərinə texniki dəstəyin göstərilməsi nəzərdə tutulur. Bu xidmətlərə görə qalib şirkətə 2 milyon 118 min 397,83 manat ödəniləcək.
Qeyd edək ki, “Nooga Development AZ” MMC ötən il də Dövlət Vergi Xidmətinin iki tenderinin qalibi olub.
Məlumata görə, şirkət 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 3 min manatdır. Şirkətin qanuni təmsilçisi Halina Ivashkadır.
Diqqət çəkən məqam isə odur ki, Vergi Xidmətinə milyonlarla manatlıq xidmətlər göstərən “Nooga Development AZ” MMC-nin nə rəsmi veb-saytı, nə də sosial şəbəkə hesabı mövcuddur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026"Qaradağ Şüşə Zavodu" yenidən özəlləşdirməyə çıxarılır
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür
06.03.2026Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi
06.03.2026Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var
06.03.2026Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik
06.03.2026Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
06.03.2026