Ceff Bezosun ən bahalı sərgüzəştləri və onların heyrətləndirici qiymətləri

Redaktor

06.02.2026 12:08
392

Ceff Bezosun ən bahalı sərgüzəştləri və onların heyrətləndirici qiymətləri

Texnologiya nəhəngi və "Amazon"un sahibi kimi tanınan Ceff Bezos eyni zamanda macərapərəst biridir. Bu xüsusiyyətini 2021-ci ildə həyata keçirdiyi suborbital kosmik uçuş və "Blue Origin" aerokosmik şirkəti ilə nümayiş etdirib. Lakin Bezosun sərgüzəşt həvəsi daha əvvəl başlamışdı — o, 350 min futdan yuxarı yüksəklikdə çəkisizlik hissini yaşadığı "New Glenn" kosmik gəmisi ilə uçuşdan əvvəl də qeyri-adi layihələrə sərmayə qoyurdu.

Dərin dənizlərdən tutmuş dərin kosmosa, eləcə də yer üzündə baş tutan bahalı tədbirlərə — məsələn, 2025-ci ildə Avropada təşkil edilən özəl toyuna qədər — Ceff Bezos əksər insanların xəyal edə bilməyəcəyi qədər vəsait xərcləyib. Bəs onun ən bahalı sərgüzəştləri hansılardır?

Dənizin dibində raket hissələri axtarışı

2013-cü ildə Bezos Atlantik okeanında NASA-nın "Apollo" missiyalarını həyata keçirmiş "Saturn V" raketlərinin hissələrini tapmaq və çıxarmaq üçün ekspedisiyanı maliyyələşdirib və şəxsən rəhbərlik edib. Üç həftə davam edən ekspedisiyanın nəticəsində, o cümlədən "Apollo 12"yə məxsus F-1 mühərrikindən hissələr tapılıb və bu hissələr hazırda Sietldə yerləşən "Uçuş Muzeyi"ndə nümayiş olunur.

Ekspedisiyada Bezos və onun anasının da daxil olduğu 60 nəfərlik heyət iştirak edib. "Space.com"a görə, anası ekspedisiyada yeganə qadın olub. Məlum olan rəsmi xərc açıqlanmasa da, "MarineInsight.com" məlumat verir ki, belə dənizaltı xilasetmə əməliyyatları milyonlarla, hətta milyardlarla dollara başa gələ bilər. Məsələn, 2019-cu ildə Norveç freqatının dörd günlük xilas əməliyyatı 85 milyon dollara başa gəlib.

Super yaxta "Koru"

Son dövrlərdə Bezos ən bahalı şəxsi sərmayəsi hesab olunan "Koru" adlı super yaxtaya yüz milyonlarla dollar xərcləyib. "Fortune" jurnalının məlumatına görə, 417 fut uzunluğundakı bu yaxtanın dəyəri təxminən 500 milyon dollardır. "Koru" yaxtasına əlavə olaraq, Bezosun sərəncamında helikopter meydançası olan və 75 milyon dollar dəyərində ikinci gəmi — "Abeona" da var.

Şəxsi təyyarə

Bezosun super yaxtası dostları ilə dünyanı gəzməyə imkan versə də, sürətlə hərəkət etməli olduqda o, "Gulfstream G700" təyyarəsindən istifadə edir. Maksimum sürəti saatda 693 mil (təxminən Mach 0.935) olan bu təyyarənin qiyməti "Fox Business"in məlumatına görə 80 milyon dollardır. "Business Insider" əlavə edir ki, Bezosun ümumilikdə dörd şəxsi təyyarəsi var.

Bezos-Sançes toyu — İtaliyada ulduzlarla dolu mərasim

Bəziləri üçün evlilik ən böyük sərgüzəşt sayıla bilər. Lakin Bezos üçün bu, ən bahalı layihəsi olmayıb. O, 2025-ci ilin yayında Lauren Sançes ilə İtaliyanın Venesiya şəhərində evlənib və bu toyun təxminən 47–56 milyon dollara başa gəldiyi bildirilir. "Yahoo.com"un məlumatına görə, mərasimdə Kardashianlar, Jennerlər, Oprah Uinfri, Leonardo DiKaprio və Bill Geyts kimi tanınmış şəxslər iştirak edib.

"Blue Origin" – milyardlarla dollarlıq kosmik sərmayə

Super yaxta, köməkçi yaxta, təyyarə donanması və ABŞ ərazisindəki saysız-hesabsız daşınmaz əmlaklar əksər insanlar üçün kifayət edərdi. Lakin Bezos üçün ən bahalı sərmayə, şübhəsiz, "Blue Origin"in "New Shepard" kosmik gəmisi ilə 4 dəqiqəlik suborbital sınaq uçuşu üçün sərf etdiyi 5,5 milyard dollar olub.

Şirkətin gələcək kosmik turistlər üçün biletləri milyonlarla dollara satılır. İlk biletlərdən biri hətta 28 milyon dollara hərracda satılıb. Lakin Bezos özü bu layihəyə şəxsən 5,5 milyard dollardan çox sərmayə qoyub.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...