Bu bank kartları ilə mil qazanmaq daha sərfəlidir

Redaktor

12.12.2025 14:12
919

Bu bank kartları ilə mil qazanmaq daha sərfəlidir - SİYAHI

Gündəlik ödənişlər zamanı mil toplamaq və bu millərlə səyahət imkanları əldə etmək konsepti son illərdə geniş yayılmağa başlayıb. Xüsusilə müntəzəm alış-veriş edən və ya tez-tez səyahət edən şəxslər üçün nəzərdə tutulan mil kartları istifadəçilərə xərclədikcə qazandırmaq prinsipinə əsaslanır. Bu kartlar vasitəsilə toplanan millər sonradan aviabiletlərin alınmasında, baqaj xidmətlərində və digər səyahət xərclərində istifadə oluna bilər. 

Valyuta.az xəbər verir ki, hazırda Azərbaycanda bir neçə bank bu tip sərfəli kartları təklif edir. Onlar arasında "Kapital Bank"ın “Birbank Miles”, "ABB"nin “ABB-AZAL Miles” və "Premium Bank"In “Visa Infinite AllMiles” kartları fərqli tarif, valyuta seçimi, etibarlılıq müddəti və əlavə xidmətlərlə fərqlənir.

"Kapital Bank"ın təqdim etdiyi "Birbank Miles" kartı həm debet, həm də taksit funksiyalarını özündə birləşdirir. Bu kart vasitəsilə şəxsi vəsaitdən komissiyasız köçürmə və nağdlaşdırma imkanı mövcuddur. Şəxsi vəsait qalığına illik 2 faizədək gəlir hesablanır. Kredit xətti aktivləşdirildikdə kart taksit funksiyası ilə 24 ayadək hissə-hissə ödəniş və 63 günədək güzəşt müddəti təklif edir. Kartla aparılan ödənişlər zamanı millər qazanılır. Ölkədaxili əməliyyatlarda hər 2 manat üçün, ölkəxarici ödənişlərdə isə hər 1 manat üçün 1 mil hesablanır. Millərin istifadə müddəti 2 ildir. Bir ay ərzində maksimum 30 000 mil toplamaq mümkündür. Millərlə alınan aviabiletlər əlavə ödənişsiz təqdim olunur. Kart sahibləri həmçinin “MasterCard Airport Experiences” və “Lounge Key” xidmətlərindən istifadə edə bilirlər.

"ABB" tərəfindən təklif edilən "ABB-AZAL Miles Visa Platinum""Mastercard Black Edition" kartları həm Visa, həm də Mastercard ödəniş sistemlərində, AZN, USD və EUR valyutalarında təqdim olunur. Kartın etibarlılıq müddəti 5 il, qiyməti isə 150 manatdır. Hər 2 manat xərcləməyə 1 mil hesablanır (0.5 konversiya əmsalı ilə). Kart aktivləşdirildikdən sonra dövriyyə şərti olmadan 2 000 xoşgəldin mili verilir. Toplanmış millər 36 ay ərzində qüvvədə qalır. Kart vasitəsilə edilən “cash-in” əməliyyatları üçün komissiya tətbiq edilmir. Millərlə əldə edilən aviabiletlərdə 23 kq pulsuz baqaj imkanı təqdim olunur, lakin bu üstünlük “Budget” tarifi üçün keçərli deyil.

"Premium Bank" tərəfindən təqdim edilən "Visa Infinite AllMiles" kartı isə fərdi xidmətlərə və komforta üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub. Kartın etibarlılıq müddəti 2 il, qiyməti 225 manatdır. Ölkədaxili əməliyyatlarda hər 7 manat, ölkəxarici əməliyyatlarda isə hər 5 manat üçün 1 mil təqdim olunur. Dövlət ödənişləri, gömrük, vergi və Apus üzərindən edilən əməliyyatlarda isə hər 35 manat üçün 1 mil hesablanır. Yeni kart istifadəçilərinə 500 mil hədiyyə olunur. Millərlə aviabilet almaqla yanaşı, müxtəlif kateqoriyalardan məhsul və xidmətlər də əldə etmək mümkündür.  Müəyyən əməliyyatlara – o cümlədən kredit ödənişləri, sığorta, birja əməliyyatları və məhkəmə qərarları əsasında edilən köçürmələrə görə mil hesablanmır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Neftimizin qiyməti 5%-dən çox bahalaşıb

12.03.2026

Yalnız varlıların bildiyi 7 lüks brend - FOTOLAR

12.03.2026

Bu il Bakıda ən çox investisiya cəlb edən 3 startap

12.03.2026

Türk lirəsi dəyər itirir

12.03.2026

Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

12.03.2026

Pulsuz hədiyyə verilən məhsul necə milyardlıq biznesə çevrildi? - “Wrigley”in hekayəsi - SƏHƏR OXUSU

12.03.2026

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

Məzənnə

Yüklənir...