“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər davam edir (R)

Redaktor

17.02.2023 20:59
436

“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər davam edir (R)

“Rabitəbank” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin dəstəyi ilə həyata keçirilən “Biznesdə Qadınların Gücü” layihəsi çərçivəsində qadın sahibkarlar üçün təlimlər davam edir. Sənaye, kənd təsərrüfatı, ticarət və digər xidmət sahələrində fəaliyyət göstərən 23 qadın sahibkar üçün fevral ayında “Bakı KOB evi”ndə təlimlər təşkil olunub.

Təlimlər “Biznes psixologiyası”, “Şirkətin inkişafında sistemləşmə və markalaşmanın önəmi”, “Biznes planın hazırlanması və investorların cəlb olunması”, “Satış danışıqlarının aparılması” mövzularını əhatə edib. Təlimçi-ekspertlər Zahid Adıgözəlov, Sakit Səmədov, Niyazi Abbasov və Azad Qəhrəmanovun iştirakı ilə keçirilmiş təlimlərdə müvafiq mövzularda məlumat verilib, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb. Növbəti mərhələdə layihə iştirakçısı olan qadın sahibkarların müxtəlif istiqamətlərdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşləri təşkil ediləcəkdir.

Qeyd edək ki, layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Məzənnə

Yüklənir...