Bir insan maaşını düzgün xərcləmədiyi üçün yolpulunu sizdən istəyirsə...
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Əslində borc vemək və almaq mövzusunda insanların düşüncələri fərqlidir. Bir qrup insan var ki, onlar daima borc alır və hər zaman da borc verəcək bir insan tapa bilirlər. Bu cür insanlar adətən borcu borcla bağlayan insanlar olur.
Aldıqları borcu borca ehtiyac olduğu üçün deyil, səhv xərclədikləri və o məbləği qazanıb yerinə qoya bilmədikləri üçün daim başqalarından borc alaraq başqa bir borcu bağlamağa çalışırlar.
Bir qrup insan var ki, onlar adətən borc almaz. Bəzən fürsət yaranıb onu dəyərləndirmək lazım gəldiyində borc almalı olar və bu borcu da ən qısa müddətdə və kəsirsiz ödəyərlər. Bu cür insanlara borc vermək təhlükəli deyil, hətta onların bir fürsəti dəyərləndirəcəklərini bildikdə bu borcu dəstək olaraq vermək də insana xoş gəlir.
Bir qrup insan da vardır ki, onlar borcu alır və adətən qaytarmır. Onsuz, aldıqları zaman da qaytarmaq məqsədi ilə almırlar. Buna görə də çalışırlar ki, bacardıqları qədər çox adamdan xırda məbləğlərdə borc götürə bilsinlər. Məbləğ kiçik olduqda, bəzən borc verən adam da utandığından istəyə bilmir. Bu cür insanlara borc vermək pulu birmənalı olaraq itirmək deməkdir.
Əgər müəyyən bir müddət üçün müəyyən bir məbləğdə borc vermək və o borcun həmin tarixdə geri qaytarılmaması sizin üçün cidi bir problem yaratmayacaqsa, o zaman borc verə bilərsiniz. Yox əgər sizdən borc alan 3-cü qrup insanlardandırsa və siz bunu bilirsinizsə, borc vermək heç də məsləhət deyil.
Sonda qərar yenə də sizindir. Çalışın ki, büdcə planlsmasını düzgün edərək borc istəmək məcburiyyətində qalmayın.
Bir insan maaşını düzgün xərcləmədiyi üçün yolpulunu sizdən istəyirsə, məncə o cür insanlara borc verməklə deyil, borc verməməklə dərs vermək lazımdır.

Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026
"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb
21.07.20262026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı
21.07.2026İşə başlama və bitirmə saatını işçilər seçə biləcək? - RƏSMİ
21.07.2026Ali Məhkəmədən işəgötürənlərə xəbərdarlıq: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!
21.07.2026Agentlik 3 süd istehsalçısını araşdırır - SİYAHI
21.07.2026"Samsung" robototexnika bölməsi yaradır
21.07.2026“Netflix” məşhur aktyorun həmtəsisçisi olduğu startapı 587 milyon dollara satın alıb
21.07.2026Elon Mask bir gündə 19 milyard dollar itirdi, amma yenə də dünyanın ən varlı insanıdır
21.07.2026Dünyanın ən bahalı suşisini harada yemək olar?
21.07.2026Maştağada söküntü başladı - Kompensasiya ödəniləcək
21.07.2026Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək
21.07.2026"Qala Həyat"ın ən çox qazandığı və ən çox ödəniş etdiyi aylar
21.07.2026Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?
21.07.2026