Banklarda valyuta risklərinə nəzarət gücləndirilir

Redaktor

12.01.2026 12:55
125

Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi ilə bağlı yeni Qaydanı təsdiqləyib.

Valyuta.az xəbər verir ki, bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov müvafiq qərar imzalayıb.

Qərara əsasən, hər bir xarici valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı xalis spot mövqe, xalis forvard mövqe, habelə reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb irəli sürülmüş) və oxşar alətlər, o cümlədən kredit xətləri və akkreditivlər nəzərə alınacaq.

Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı isə aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq ediləcək:

- müddəti bir ilədək olduqda - 20 % (kreditə konvertasiya əmsalı 0,2);

- müddəti bir ildən çox olduqda - 50 % (kreditə konvertasiya əmsalı 0,5);

- müqavilə əsasında banka öhdəliyi birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verildiyi hallarda - 10 % (kreditə konvertasiya əmsalı 0,1).

Bu Qaydanın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutaların siyahısı aşağıdakılardır:

Açıq valyuta mövqeyi üzrə limitləri:

Beləliklə, bnkların bir valyuta üzrə uzun və qısa açıq valyuta mövqeləri üzrə limitlər qapalı valyutalar üçün 7 %-dən 5 %-ə, məcmu uzun və qısa açıq valyuta mövqeləri üzrə limitlər isə 14 %-dən 10 %-ə endirilib.

Yeni qaydanın təsdiqi ilə bağlı ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları" qüvvədən düşmüş hesab edilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

12.01.2026

"Apple" 14 ildə ilk dəfə smartfon bazarına liderlik edir - Ən populyar modellər

12.01.2026

Səudiyyədə 10 milyard dollarlıq "Trump" qolf-klubu və otel tikiləcək

12.01.2026

Yeni yaşayış şəraitinə adaptasiya üçün 2 milyonluq layihə

12.01.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu iki şirkətə məxsusdur - CƏDVƏL

12.01.2026

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

12.01.2026

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

12.01.2026

Deputat öz yerinə onu təyin etdi

12.01.2026

Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

12.01.2026

Kibertəhlükəsizlik şirkəti 15 milyon dollar investisiya alıb

12.01.2026

Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək

12.01.2026

Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər

12.01.2026

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

12.01.2026

"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb

12.01.2026

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu dayandırır

12.01.2026

Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

12.01.2026

Bəzi göllər qurudulub yerində binalar tikilib - Agentlik sədri Prezidentə məlumat verdi

12.01.2026

Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

12.01.2026

Prezident müşavirə keçirdi - YENİLƏNİB

12.01.2026

Bakı və Abşeronda su təchizatı - 10 illik Dövlət Proqramı təsdiqləndi

12.01.2026

Məzənnə

Yüklənir...