“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır?

Redaktor

30.06.2026 09:00
641

“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR

“Bank Respublika”nın rəhbərliyi 2025-ci ildə ümumilikdə 9 milyon 373 min manat gəlir əldə edib.

Valyuta.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə və ya 5,1 milyon manat çoxdur.

Belə ki, 2024-cü ildə bankın rəhbərliyinin gəlirləri 4 milyon 224 min manat təşkil edib.

2025-ci ildə rəhbərliyə edilən ödənişlərin 8 milyon 56 min manatı əməkhaqqı və bonuslar, 1 milyon 317 min manatı isə pensiya və digər ayırmalar olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 647 min manat və 577 min manat təşkil edib.

Qeyd edək ki, bu məbləğə Müşahidə Şurası və İdarə Heyəti üzvlərinə edilən nağd və nağdsız ödənişlər daxildir. Bankın Müşahidə Şurasında 7, İdarə Heyətində isə 3 nəfər təmsil olunur. 

Hazırda "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov (səhmdar), üzvləri Yohannes Meynhardt, İrina Şmidt, Elçin Quliyev (səhmdar), Antoine Hurpin, Shavkat Akmalov və Steffan Karstendir. Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov, sədr müavinləri isə Elnur Həsənov və Aslan Abasovdur.

Beynəlxalq və yerli tərcübəyə əsasən bankların İdarə Heyəti Müşahidə Şurasına nisbətən 2 dəfə daha çox, İdarə Heyəti sədri İH üzvlərindən 1,5 dəfə, MŞ sədri isə MŞ üzvlərindən 1,2 dəfə çox əməkhaqqı alır.

Təxmini hesablamaya görə, Bankın İdarə Heyətinin sədrinin 1 illik gəliri təxminən 1 milyon 980 min manat, İH üzvlərinin gəliri 1 milyon 320 min manat, Müşahidə Şurasının sədrinin gəliri 792 min manat, MŞ üzvlərinin gəliri isə 660 min manat təşkil edib.

Xatırladaq ki, bankın səhmlərinin 90,25%-i Quliyev qardaşlarına məxsusdur. Bunun 63,32%-i Natiq Quliyevə, 18,46%-i Elçin Quliyevə, 8,47%-i isə Namiq Quliyevə aiddir. Bankın səhmlərinin 5,45%-i Müşahidə Şurasının sədri Şakir Rəhimova, 4,22%-i "Sparkassen International Development Trust"a, qalan 0,08%-i isə digər səhmdarlara məxsusdur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Daşınmaz əmlakın icbari sığortasında 39 milyonluq geriləmə

30.06.2026

Oyun şirkətinin CEO-su 35 milyard dollarlıq mükafat paketindən niyə imtina etdi?

30.06.2026

Məzənnə

Yüklənir...