“Bank Melli İran”ın xalis mənfəətində 3,3 milyon manatlıq geriləmə - gəlirlilik zəifləyib

Redaktor

16.01.2026 12:01
68

“Bank Melli İran”ın xalis mənfəətində 3,3 milyon manatlıq geriləmə - gəlirlilik zəifləyib

“Bank Melli İran” Bakı filialının 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 3 milyon 305 min manat və ya 42,8% azalaraq 4 milyon 411 min manat təşkil edib. 2024-cü ildə bank 7 milyon 716 min manat xalis mənfəət əldə etmişdi.

Valyuta.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 595 min manat və ya 11,8% artaraq 5 milyon 667 min manata yüksəlib. Faiz xərcləri bu dövrdə qeydə alınmayıb, bu da xalis faiz gəlirlərinin tam qorunmasına şərait yaradıb. Nəticədə bankın xalis faiz gəliri də 5 milyon 667 min manat olub.

Vergidən əvvəlki mənfəət də azalıb - 2025-ci ildə bu göstərici 5 milyon 336 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 3 milyon 948 min manat və ya 42,5% azalma deməkdir.

Ötən il bankın aktivləri 1 milyon 185 min manat və ya 1,0% artaraq 120 milyon 291 min manata çatıb. 2024-cü ilin sonunda bu göstərici 119 milyon 106 min manat idi.

Müştərilərə verilmiş kreditlər bu dövrdə 813 min manat və ya 54,4% artaraq 2 milyon 309 min manata yüksəlib. Əvəzində, nağd vəsaitlər və müxbir hesablar üzrə balans 2 milyon 737 min manat və ya 7,0% azalaraq 36 milyon 100 min manat təşkil edib.

2025-ci ildə bankın cəmi öhdəlikləri 3 milyon 227 min manat və ya 4,6% azalaraq 66 milyon 938 min manata düşüb. 2024-cü ilin sonuna bu göstərici 70 milyon 165 min manat idi.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Varlılar borcdan necə fərqli istifadə edir?

16.01.2026

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026

Məzənnə

Yüklənir...