Bakının mənzil bazarı: Vəziyyət necədir?

Redaktor

07.03.2026 17:00
105

Bakının mənzil bazarı: Vəziyyət necədir?

Bu ilin əvvəlindən Bakının daşınmaz əmlak bazarında müşahidə olunan dinamika göstərir ki, yanvar ayında qeydə alınan nisbətən yüksək artımdan sonra bazar fevral ayında daha sabit və ölçülü artım mərhələsinə keçib.

Bu barədə "Report"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlində yığılan tələb bazara daha sürətli təsir edir, sonrakı aylarda isə qiymət artımı daha balanslı temp alır.

Yanvar ayında Bakının ayrı-ayrı rayonları üzrə yeni tikililərdə artım Səbaildə 1,7 %, Yasamal və Nəsimidə 1,5 %, Nizamidə 1,5 %, Nərimanov və Xətaidə 1,4 %, Sabunçuda 1,2 %, Binəqədi və Suraxanıda 1,1 %, Xəzərdə 1 %, Qaradağ və Pirallahıda isə 0,8 % təşkil edib.

Köhnə tikililər üzrə artım isə Səbaildə 1,3 %, Yasamal, Nəsimi və Nizamidə 1,2 %, Nərimanov və Xətaidə 1,1 %, Binəqədi və Suraxanıda 1 %, Qaradağ və Xəzərdə 0,9 %, Pirallahıda 0,6 % olub.

Kotlovan mərhələsində olan layihələrdə isə artım daha yüksək olub. Bu seqmentdə qiymətlər Səbaildə 2 %, Yasamal və Nəsimidə 1,8 %, Nərimanov, Xətai və Nizamidə 1,7 %, Binəqədi və Sabunçuda 1,6 %, Qaradağ və Suraxanıda 1,4 %, Xəzərdə 1,3 %, Pirallahıda isə 1,1 % artıb.

Ümumilikdə yanvar ayında Bakı üzrə orta artım yeni tikililərdə 1,2 %, köhnə tikililərdə 1 %, kotlovan layihələrində isə 1,6 % təşkil edib.

Fevral ayında qiymət artımı daha mülayim templə davam edib. Yeni tikililərdə artım Səbaildə 1 %, Yasamal və Nəsimidə 0,9 %, Nizamidə 0,9 %, Nərimanov və Xətaidə 0,8 %, Binəqədi və Sabunçuda 0,7 %, Suraxanı və Xəzərdə 0,6 %, Qaradağda 0,5 %, Pirallahıda isə 0,4 % olub.

Köhnə tikililər üzrə qiymətlər Səbaildə 0,8 %, Yasamal, Nəsimi və Nizamidə 0,7 %, Nərimanov, Xətai, Binəqədi, Suraxanı, Qaradağ və Xəzərdə 0,6 %, Sabunçuda 0,7 %, Pirallahıda isə 0,3 % artıb.

Kotlovan mərhələsində olan layihələrdə qiymətlər Səbaildə 1,2 %, Yasamal və Nəsimidə 1,1 %, Nərimanov, Xətai və Nizamidə 1 %, Binəqədi və Sabunçuda 0,9 %, Suraxanıda 0,8 %, Qaradağ və Xəzərdə 0,7 %, Pirallahıda isə 0,5 % yüksəlib.

Fevral ayında Bakı üzrə orta artım yeni tikililərdə 0,7 %, köhnə tikililərdə 0,6 %, kotlovan layihələrində isə 0,9 % təşkil edib.

V. Oruc bildirib ki, mart ayında bazarda aktivliyin qismən artacağı gözlənilir. Yaz mövsümünün başlanması daşınmaz əmlak bazarında alıcı fəallığını artırır.

Bu ay yeni tikililərdə qiymət artımı Səbaildə 1,1 %, Yasamal, Nəsimi və Nizamidə 1 %, Nərimanov və Xətaidə 0,9 %, Binəqədi və Sabunçuda 0,8 %, Suraxanı və Xəzərdə 0,7 %, Qaradağda 0,6 %, Pirallahıda isə 0,5 % proqnozlaşdırılır.

Köhnə tikililərdə isə qiymət artımı Səbaildə 0,9 %, Yasamal, Nəsimi və Nizamidə 0,8 %, Nərimanov və Xətaidə 0,7 %, Sabunçu və Suraxanıda 0,7 %, Binəqədi və Xəzərdə 0,6 %, Qaradağda 0,6 %, Pirallahıda isə 0,4 % gözlənilir.

Kotlovan mərhələsində olan layihələrdə isə artım Səbaildə 1,3 %, Yasamal və Nəsimidə 1,2 %, Nərimanov, Xətai və Nizamidə 1,1 %, Binəqədi və Sabunçuda 1 %, Suraxanıda 0,9 %, Qaradağ və Xəzərdə 0,8 %, Pirallahıda isə 0,6 % ola bilər.

Martda Bakı üzrə orta artımın yeni tikililərdə 0,8 %, köhnə tikililərdə 0,6 %, kotlovan layihələrində isə 1 % olacağı gözlənilir.

İlk rüb üzrə ümumi dinamika

Hesablamalara görə, 2026-cı ilin ilk rübü ərzində paytaxtda yeni tikililərdə qiymətlər orta hesabla 2,5-3 %, köhnə tikililərdə təxminən 2 %, kotlovan mərhələsində olan layihələrdə isə 3-3,5 % artacaq.

Rayonlar üzrə ümumi mənzərəyə görə Səbail, Yasamal və Nəsimi ən yüksək artım tempinə malik mərkəzi bazar zonaları olaraq qalır. Nərimanov, Xətai, Nizami və Binəqədi rayonları sabit və yüksək likvidliyə malik orta seqment bazarı hesab olunur. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonları isə inkişaf edən, lakin qiymət artım tempinin daha aşağı olduğu periferik bazarlar kimi qiymətləndirilir.

Beləliklə, mövcud dinamika göstərir ki, Bakının daşınmaz əmlak bazarı 2026-cı ilin əvvəlində kəskin sıçrayış deyil, sabit və idarə olunan artım mərhələsindədir. Mövcud tendensiya davam edərsə, ilin sonunda qiymətlərin yeni tikililərdə 10–15 %, köhnə tikililərdə 5–7 %, kotlovan mərhələsində olan layihələrdə isə 12–17 % civarında artacaq.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qənaətli həyat üçün 4 məsləhət açıqlanıb

07.03.2026

Bakının mənzil bazarı: Vəziyyət necədir?

07.03.2026

Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO

07.03.2026

2030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya

07.03.2026

İlk işdə uğur qazanmaq üçün əsas strategiyalar

07.03.2026

Avropa qaz uğrunda döyüşdə uduzur: Bazarda nə baş verir?

07.03.2026

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir

07.03.2026

Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək

07.03.2026

Azərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ

07.03.2026

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO

07.03.2026

Dubayda qızıl endirimlə satılmağa başlanılıb

07.03.2026

Azərbaycan neftinin qiyməti 94 dolları keçdi

07.03.2026

Süni intellekt su ehtiyatlarını tükədir?

07.03.2026

“Aqrar Sığorta” ASC-nin ödənişləri 11,9 dəfə azalıb

07.03.2026

Qarajdan 900 milyon dollarlıq şirkətə - İşçilərinin toyunu və təhsilini maliyyələşdirən sahibkar - SƏHƏR OXUSU

07.03.2026

2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq

06.03.2026

Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı

06.03.2026

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

06.03.2026

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

06.03.2026

Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi

06.03.2026

Məzənnə

Yüklənir...