Bakının ən bahalı küçələri açıqlandı

Redaktor

17.01.2026 09:07
382

Bakının ən bahalı küçələri açıqlandı - Evin 1 kvadratı 17 min manat…

Bakıda mənzillərin kvadratmetr qiymətinə görə ən bahalı küçələrin siyahısı müəyyənləşib. 

Valyuta.az xəbər verir ki, bu barədə AZXEBER.COM-a açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, paytaxtın mərkəzi hissələrində yerləşən küçələr daşınmaz əmlak bazarında ən yüksək qiymət göstəricilərinə malikdir:

"Hazırda Bakıda ən bahalı ünvan Nəsimi rayonu, Neftçilər prospektidir. Burada mənzillərin kvadratmetr qiyməti 17 550 manata qədər yüksəlir. Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində isə bu rəqəm 14 685 manat təşkil edir. 

Ümumilikdə şəhərin mərkəzində yerləşən prestijli ərazilər qiymət baxımından liderliyini qoruyur”, – deyə Vüqar Oruc bildirib.

Məlumata görə, paytaxtda ən yüksək qiymət qeydə alınan ünvanlar arasında aşağıdakı küçələr yer alır:

Nəsimi rayonu, Neftçilər prospekti - 17 550 manat

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi - 14 685 manat

Ağ Şəhər, Yaşıl Ada 1 - 8 250 manat

Yasamal rayonu, İzmir küçəsi - 7 955 manat

Səbail rayonu, Qurban Abbasov küçəsi - 7 325 manat

Səbail rayonu, Mikayıl Hüseynov küçəsi - 6 940 manat

Səbail rayonu, İstiqlaliyyət küçəsi - 5 580 manat

Yasamal rayonu, Şıxəli Mehdiyev küçəsi - 5 140 manat

Səbail rayonu, Mehdi Hüseyn küçəsi - 4 970 manat

Xətai rayonu, 2-ci Fəvvarələr küçəsi - 4 920 manat

Səbail rayonu, Əziz Əliyev küçəsi - 4 510 manat

Səbail rayonu, Əhməd Cavad küçəsi - 4 490 manat

Xətai rayonu, 8 Noyabr prospekti - 4 400 manat

Səbail rayonu, Azadlıq prospekti - 4 260 manat

Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi - 4 250 manat

Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi - 4 200 manat

Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi - 4 175 manat

Səbail rayonu, Böyük Qala küçəsi - 4 160 manat

Ekspert qeyd edib ki, qiymətlərin bu qədər yüksək olması həmin ərazilərin mərkəzə yaxınlığı, inkişaf etmiş infrastrukturu və premium tipli yaşayış komplekslərinin çoxluğu ilə bağlıdır:

"Bu küçələrdə yerləşən mənzillərə tələb yüksək olduğu üçün qiymətlər də daim artım meylini qoruyur”, – deyə Vüqar Oruc əlavə edib.

Sonda qeyd edək ki, Bakı daşınmaz əmlak bazarında ən bahalı mənzillər ənənəvi olaraq Səbail, Nəsimi və Yasamal rayonlarında cəmləşməkdə davam edir.
 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Daha 8 startap vergidən azad olundu

11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır

500 manatla corab brendi qurdu - 15 manata satır

11.03.2026

İcra başçısı 27 nəfəri işdən çıxardı

11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?

"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?

11.03.2026

“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®

11.03.2026

"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək

11.03.2026

Azərbaycanda banklara belə nəzarət ediləcək

11.03.2026

Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI

11.03.2026

"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb

11.03.2026
Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır?

Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA

11.03.2026

Azərbaycan nefti ucuzlaşıb

11.03.2026

“Kripto əkizləri” müharibə qorxusu ilə 100 milyon dollardan çox "Bitcoin" satdı

11.03.2026

Rublu olanların nəzərinə - Məzənnə açıqlandı

11.03.2026
Borclu ölkəni tərk edərsə, bank borcu zamindən tələb edə bilərmi?

Borclu ölkəni tərk edərsə, bank borcu zamindən tələb edə bilərmi? - Hüquqşünas açıqladı

11.03.2026

5000 dollarlıq ideyanı milyardlıq biznesə çevirdi - “Spanx”in yaranma hekayəsi - SƏHƏR OXUSU

11.03.2026

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Məzənnə

Yüklənir...