Redaktor
Bakıda sürücüyə eyni anda 14 cərimə gəlib (VİDEO)
Bakıda taksi sürücüsünə eyni anda 14 protokol və 300 manat cərimə məbləği gəlib.
Xezerxeber.az-ın məlumatına görə, bu cür vəziyyətlə paytaxt sakini İlqar Abdullayev üzləşib.
O iddia edir ki, cərimələrin çoxunun vaxtı keçib. Yəni 7-8 ay əvvəl törətdiyi qayda pozuntularının cərimələri indi ona gəlib.
Taksi sürücüsü iddia edir ki, yanvar ayından iyul ayının sonuna kimi nə qədər yol hərəkəti qaydasını pozubsa, ona bu barədə heç bir məlumat daxil olmayıb. Daha doğrusu, şəxsi kabinetinə məlumat gəlməyib.
İlqar Abdullayev onu da bildirib ki, avtomobili icbari sığorta olduğu halda hətta cərimələrdən biri sığorta olunmaması ilə bağlıdır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirilib ki, sözügedən nəqliyyat vasitəsi lizinq şirkətinin nəzdindədir və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə yol vərəqəsi əsasında sürmək üçün verilib. Amma bu barədə yol polisinə məlumat verilməyib. Törədilən xətalar sonuncu dəfə etibarnamə əsasında avtomobili idarə edən şəxsə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsindən o da əlavə edildi ki, yol vərəqəsi ilə avtomobil hansısa sürücüyə idarə etmək üçün verildikdə bu barədə ərazi üzrə yol polis şöbəsi və ya bölmələrinə məlumat verilməlidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərJeff Bezos-un riskləri şişirtmək və imkanları kiçiltməkdən yayınmağının 4 yolu
30.03.2026Şokolad idxalının həcmi 37%-dən çox azaldı
30.03.2026Çay ixracından ölkəyə daxil olan valyuta 56 min dollar artıb
30.03.2026Pulun gələcəyi necə olacaq? – Ekspertlərdən yeni proqnozlar
30.03.2026Kulevidəki NEZ Azərbaycan üzərindən Rusiya neftindən tam imtina etmək niyyətindədir
30.03.2026“eMed” startapı 200 milyon dollar investisiya alıb
30.03.2026Tikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb
30.03.2026TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
30.03.2026Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir
30.03.2026Şirkət səhmi alarkən aldanmayın: Diqqət etməli olduğunuz 5 əsas təhlükə
30.03.2026