Azərbaycanın İtaliyaya məhsul ixracında 500 milyonluq azalma

Redaktor

30.03.2026 10:15
161

Azərbaycanın İtaliyaya məhsul ixracında 500 milyonluq azalma

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 milyard 732 milyon 161,95 min dollar dəyərində məhsul ixrac edib.

Valyuta.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 472 milyon 751,33 min dollar və ya 21,44% azdır. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında bu rəqəm 2 milyard 204 milyon 913,28 min dollar təşkil etmişdi.

​Hesabat dövründə İtaliyadan Azərbaycana idxal isə 81 milyon 292,41 min dollar dəyərində olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 773,4 min dollar və ya 10,57% çoxdur.
 
Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında İtaliyadan ölkəmizə 73 milyon 519,01 min dollar dəyərində məhsul gətirilmişdi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...