Azərbaycana piy və yağ idxalı artıb 

Redaktor

30.03.2026 11:36
89

Azərbaycana piy və yağ idxalı artıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 19 min 248,02 ton bitki və heyvan mənşəli piy və yağlar idxal edilib.

​Valyuta.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə idxal olunan məhsulların dəyəri 29 milyon 834,27 min dollar təşkil edib.

​Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi miqdar baxımından 8,33% (1 min 480,51 ton), dəyər ifadəsində isə 8,62% (2 milyon 368,2 min dollar) artıb.

​Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkəyə 27 milyon 466,07 min dollar dəyərində 17 min 767,51 ton bitki və heyvan mənşəli piy və yağlar gətirilmişdi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...