Belarus Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

Redaktor

29.03.2026 13:19
61

Belarus Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

2025-ci ildə Belarusun Azərbaycana birbaşa investisiyalarının həcmi 7,922 milyon ABŞ dolları təşkil edib.

Valyuta.Az Trend-ə istinadla xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5,618 milyon dollar və ya 3,4 dəfə artıb.

Məlumatlara əsasən, hesabat ilində Belarusdan Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,1% olub.

2024-cü ildə Belarusdan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 2,304 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...