"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir

Redaktor

28.03.2026 12:02
72

"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir

"Volkswagen Group" və "Rivian" arasında əməkdaşlıq çərçivəsində yeni mərhələ başlanıb.

Valyuta.az xəbər verir ki, "VW ID.EVERY1" elektrik modelinin qış testlərinin uğurla tamamlanması "Rivian" üçün əlavə 1 milyard dollarlıq investisiyanın açılmasına səbəb olub.

Məlumata görə, bu məbləğin 750 milyon dolları birbaşa kapital qoyuluşu, 250 milyon dolları isə kapital və ya konvertasiya olunan borc şəklində təqdim ediləcək.

Qeyd edək ki, "Volkswagen Group" artıq bu əməkdaşlıq çərçivəsində Rivian-a 3 milyard dollardan çox investisiya yatırıb. Ümumilikdə isə razılaşmanın dəyəri 5,8 milyard dollara qədər çata bilər.

Bundan əlavə, "Rivian" oktyabr ayından etibarən daha 1 milyard dollar kredit əldə edə biləcək və ilk model satışa çıxarıldıqdan sonra əlavə 460 milyon dollar investisiya alacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...