Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu

Redaktor

28.03.2026 09:27
123

Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu

Dünyada cəmi bir neçə ədəd istehsal olunan xüsusi "Ferrari Enzo" modellərindən biri satışa çıxarılır.

Valyuta.az xəbər verir ki, Argento Nurburgring rəngində istehsal edilmiş cəmi 9 avtomobildən biri olan bu model yaxın zamanda hərraca təqdim ediləcək və onun 5,5-6 milyon dollar aralığında satılması gözlənilir.

Məlumata görə, avtomobil ilk olaraq Böyük Britaniyada kolleksiyaçı tərəfindən sifariş edilib və 15 il eyni sahibdə qalıb. Daha sonra İsveçrəyə aparılan avtomobil 2019-cu ildə yenidən Böyük Britaniyaya qaytarılıb.

Bu "Enzo" modeli 6.0 litrlik V12 mühərriklə təchiz olunub və 660 at gücü istehsal edir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 3,65 saniyəyə çatır.

Ekspertlər bildirir ki, bu model yalnız nadirliyi ilə deyil, həm də xüsusi konfiqurasiyası ilə seçilir. Belə ki, bu avtomobillərdən cəmi 5-i qırmızı dəri salonla təchiz edilib və onların içərisində Böyük Britaniyaya çatdırılan yeganə modeldir.

Qeyd edək ki, "Ferrari Enzo" öz dövrünün ən yüksək texnoloji nailiyyətlərindən biri hesab olunur və bu gün kolleksiya dəyəri yüksək olan avtomobillər sırasında yer alır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...