Redaktor
Qəribə ideyalarla pul qazanan 8 fərqli insan - SƏHƏR OXUSU
Bəzən uğur ən mürəkkəb biznes planlarından deyil, ən sadə və fərqli düşüncədən başlayır. Dünyada elə insanlar var ki, hamının görüb ötüb keçdiyi fürsətləri dəyərləndirərək ciddi gəlir əldə ediblər. Bu hekayələr göstərir ki, pul qazanmaq üçün hər zaman böyük kapital və ya klassik biznes modeli tələb olunmur. Əksinə, kreativ yanaşma və bazarda boşluğu görmək bacarığı bəzən daha həlledici rol oynayır.
Valyuta.az qeyri-adi üsullarla qazanc əldə edən insanların real və düşündürücü hekayələrini təqdim edir:
1. Səhradan bitki sataraq milyon qazanan şəxs
Universitetdə “gülünc biznes ideyası” kimi başlayan fikir sonradan real biznesə çevrilib. Bir tələbə səhradan tumbleweed (qurumuş bitkilər) toplayaraq onları film və TV studiyalarına satmağa başlayıb. Bu məhsullar xarab olmadığı üçün xərcləri az, qazancı isə yüksək olub və o, bu sahədə dünya üzrə əsas təchizatçıya çevrilib.
2. Yarış qalibləri üçün heykəl biznesi
Bir heykəltəraş at yarışlarını izləyərək qalib atların sahiblərinə onların heykəllərini təklif edib. Bu müştərilər çox varlı olduqları üçün bəzən bir heykələ 100 min avroya qədər pul ödəyiblər. İldə bir neçə sifariş belə onun rahat yaşaması üçün kifayət edib.
3. Kredit kartı xalları ilə qazanc
Bir restoran işçisi müştərilərin nağd ödənişlərini öz kartı ilə keçirib və xalları toplayaraq pulsuz uçuşlar əldə edib. Lakin sonradan bu hal aşkar olunaraq dayandırılıb.
4. Atılan əşyaları toplayıb satan tələbə
Bir tələbə köhnə avtobus alaraq semestr sonunda varlı tələbələrin atdığı əşyaları toplayıb. Daha sonra bu əşyaları sataraq ciddi gəlir əldə edib.
5. Məktəbdə şirniyyat biznesi quran uşaq
10 yaşlı uşaq xüsusi ədviyyəli şirniyyat hazırlayıb məktəbdə sataraq həftədə 100-150 dollar qazanıb. Sonradan bu ideya real biznesə çevrilib və məhsulları mağazalarda satılmağa başlayıb.
6. Tibbi testlərdən minlərlə dollar qazananlar
Bəzi insanlar tibbi araşdırmalarda iştirak edərək yüksək ödəniş alırlar. Məsələn, bir nəfər bir aylıq test üçün 12 min dollar qazanıb.
7. Sadəcə yataraq pul qazanan qadın
Bir qadın ofis binasında gecə növbəsində qalaraq sadəcə yatmaq və ehtiyac olduqda reaksiya vermək üçün işə götürülüb. Bu, ən rahat işlərdən biri kimi qiymətləndirilir.
8. “Pul qazanma sirri” satan şəxs
Bir nəfər qəzetdə elan verərək “10 dollara pul qazanma sirrini öyrədirəm” deyib. İnsanlar pul göndərdikdə isə onlara eyni elan verməyi tövsiyə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvropada enerji və yanacaq çatışmazlığı riski artır
28.03.2026"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir
28.03.2026Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır
28.03.2026Azərbaycan nefti bahalaşmaqda davam edir
28.03.2026Azərbaycanda gümüş istehsalı azalıb, ehtiyatlar açıqlanıb
28.03.2026ADY: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
28.03.2026Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu
28.03.2026Qəribə ideyalarla pul qazanan 8 fərqli insan - SƏHƏR OXUSU
28.03.2026"Google Translate"in real vaxt tərcümə funksiyası genişləndirilir
27.03.2026Yalnız biznes-klass xidmətləri təqdim edən lüks hava yolu şirkəti Maldivlərə yeni reyslər açır
27.03.2026