Varlanmağın gizli qalan 8 qaydası

Redaktor

28.03.2026 17:04
113

Varlanmağın gizli qalan 8 qaydası

​Çoxumuz elə düşünürük ki, varlanmaq ya çox asandır, ya da qeyri-mümkün. Əslində isə bu proses nə ağdır, nə də qara.

Valyuta.az xəbər verir ki, "The Financial Diet" platformasının həmtəsisçisi Çelsi Faqaq milyonçu olmaq yolunda adətən çəkinilən və çox az adamın danışdığı 8 əsas məqamı bölüşür.

​Əgər sizə miras qalmayıbsa, sıfırdan kapital qurmaq üçün bu qaydaları bilməyiniz şərtdir:

1.Xırda xərcləri unudun, böyük şəklə baxın

​Hər gün içdiyiniz kofeyə və ya aldığınız xırda bir aksesuara görə özünüzü günahlandırmayın. Heç kim həftədə bir dəfə kofe içdiyi üçün evsiz qalmır. Diqqətinizi xırda qəpik-quruşa yox, kirayə, maşın xərci kimi böyük büdcə maddələrinə yönəldin.

2.Gəliriniz artdıqca xərclərinizi şişirtməyin

​İşdə vəzifəniz qalxanda və ya maaşınız artanda dərhal daha bahalı həyata keçməyə çalışmayın. Cəmiyyətin və dostların "ev al, bahalı maşın sür" təzyiqinə tab gətirin. Gəlirlə bərabər xərclərin də artması sizi sadəcə borca sürükləyəcək.

3.Avtomatik qənaət edin

​Qənaət etməyin ən rahat yolu onu görməməkdir. Maaş alan kimi müəyyən bir faizin avtomatik olaraq yığım hesabına köçməsini təmin edin. Pul əlinizə keçmədən kənara qoyulsa, xərcləmək ehtimalınız da sıfıra enir.

4.Pul pulu çəkir

​Acı reallıq budur ki, dünyadakı milyonçuların çoxu var-dövləti miras alıblar. Çünki pul olanda investisiya etmək və mürəkkəb faizlərin hesabına daha çox qazanmaq asanlaşır. Amma yaxşı xəbər odur ki, öz zəhmətinizlə topladığınız ilk kapital da bir müddət sonra sizin üçün işləməyə və pul gətirməyə başlayacaq.

5.Qənaət etməkdən çox, qazancı artırmağa fokuslanın

​İnflyasiyanın yüksək olduğu dövrdə kəmərləri sıxıb ayda 50 manat qənaət etməyə çalışmaqdansa, əlavə iş tapıb ayda 500-1000 manat çox qazanmağa vaxt xərcləyin. Qənaətin limiti var, amma qazanmağın limiti yoxdur.

6."Bonuslu" sahələri seçin​

Bütün sahələr eyni dərəcədə qazandırmır. Xüsusilə texnologiya (IT), maliyyə və bank sektorunda işləmək kapital qurmaq üçün "hiylə kodu" kimidir. Bu sahələrdə illik böyük bonuslar və şirkət səhmləri verilir ki, bu da yığımları sürətlə artırır.

7.Böhran zamanı səhmlərinizi satmayın

​İnvestisiya uzunmüddətli marafondur. Bazarda eniş-yoxuşlar olanda panikaya düşüb səhmləri satmaq ən böyük səhvdir. Tarix göstərir ki, fond bazarı hər enişdən sonra mütləq bərpa olunur və rekordlar qırır.

8.Ev almaq həmişə ən doğru seçim deyil

​Köhnə nəsillər "kirayə pulları havaya uçur" desə də, indiki dövrdə ev sahibi olmaq təmir, vergi və sığorta xərcləri səbəbindən bəzən daha baha başa gəlir. Bir çox hallarda kirayədə qalıb, qalan pulla investisiya etmək maliyyə cəhətdən daha sərfəlidir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu gün işıqlar bir saatlıq söndürüləcək

28.03.2026

Varlanmağın gizli qalan 8 qaydası

28.03.2026

Torpaq almaq istəyənlərin nəzərinə - Kəskin bahalaşacaq

28.03.2026

Azərbaycandan Rusiyaya ixrac artıb

28.03.2026

Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, ixracı isə artıb

28.03.2026

Avropada enerji və yanacaq çatışmazlığı riski artır

28.03.2026

"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir

28.03.2026

Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır

28.03.2026

Azərbaycan nefti bahalaşmaqda davam edir

28.03.2026

Azərbaycanda gümüş istehsalı azalıb, ehtiyatlar açıqlanıb

28.03.2026

ADY: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

28.03.2026

Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu

28.03.2026

Qəribə ideyalarla pul qazanan 8 fərqli insan - SƏHƏR OXUSU

28.03.2026

"Google Translate"in real vaxt tərcümə funksiyası genişləndirilir

27.03.2026

Yalnız biznes-klass xidmətləri təqdim edən lüks hava yolu şirkəti Maldivlərə yeni reyslər açır

27.03.2026
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir

"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir

27.03.2026

Dünya Bankı Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirlərinə genişmiqyaslı cavab planı hazırlayır

27.03.2026

Uorren Baffet bu investisiya qərarının karyerasının ən pis ilinə səbəb olduğunu deyib

27.03.2026

Nar ixracından gəlirlər azalıb

27.03.2026

"Azərşəkər"in ixrac gəlirləri 2,4 milyon dollar artıb

27.03.2026

Məzənnə

Yüklənir...