Tikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb

Redaktor

30.03.2026 16:20
110

Tikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş tikinti işlərinə 386 milyon manat vəsait ayrılıb.

Valyuta.az xəbər verir ki, bu məbləğin 207,7 milyon manatı mənzil tikintisinin payına düşüb.

Xatırladaq ki, ötən ilin eyni dövründə tikinti sahəsinə yatırımlar 433,9 milyon manat təşkil edib. Bunun 296,9 milyon manatı isə mənzil tikintisinə yönəldilib.

Beləliklə, illik müqayisədə tikinti sahəsində investisiyalar 47,9 milyon manat və ya 11,3% azalıb. Mənzil tikintisinə ayrılan vəsait isə 89,2 milyon manat və ya 30,04% geriləyib.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...