Redaktor
Şirkət səhmi alarkən aldanmayın: Diqqət etməli olduğunuz 5 əsas təhlükə
İnvestisiya etmək sadəcə pul qoymaq deyil, həm də riskləri düzgün idarə etməkdir. Bəzən rəqəmlər parlaq görünə bilər, amma dərindən baxdıqda ciddi problemlər gizlənir.
Maliyyə eksperti Elizabet Makdonaldın məsləhəti ilə, investisiya etməzdən əvvəl bu 5 xəbərdarlıq nişanəsinə baxın:
1. Maliyyə göstəricilərinin qeyri-sabitliyi
Şirkətin gəlirləri hər il artmırsa və mənfəəti sabit deyilsə, bu, ilk təhlükədir. Şirkətin borclarının onun mülkiyyətindən çox olub-olmadığını mütləq yoxlayın.
2. Gizli risklər və məhkəmə işləri
Şirkətlər öz rəsmi hesabatlarında üzləşdikləri çətinlikləri (məsələn, davam edən məhkəmələr, xammal problemi) qeyd edirlər. Bu bölməni oxumadan investisiya etmək, gözübağlı addım atmaq kimidir.
3. Zəif balans və şişirdilmiş qiymətlər
Şirkətin əlindəki nağd pulun borclarını ödəməyə yetib-yetmədiyinə baxın. Əgər səhmin qiyməti onun real qazancından qat-qat bahadırsa, deməli, həmin səhm "şişirdilib" və tezliklə ucuzlaşa bilər.
4. Səriştəsiz idarəetmə
Rəhbərlik şirkətin pulunu hara xərcləyir? Əgər pullar mənasız layihələrə və ya nəticəsiz alışlara gedirsə, bu rəhbərlik səhmdarlar üçün dəyər yaratmır deməkdir.
5. Rəqabət gücünün zəifliyi
Bazarda rəqibləri çox olan və heç bir üstünlüyü (məsələn, güclü brend və ya ucuz istehsal) olmayan şirkət tezliklə sıradan çıxa bilər. Yeniliklərə uyğunlaşmayan şirkətdən uzaq durun.
Yaxşı investisiya tapmaq üçün təkcə reklamlara deyil, rəqəmlərə və hesabatlara baxmaq lazımdır. Bu 5 məqamı yoxlamaq sizi böyük itkilərdən xilas edə bilər.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb
30.03.2026TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
30.03.2026Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir
30.03.2026Şirkət səhmi alarkən aldanmayın: Diqqət etməli olduğunuz 5 əsas təhlükə
30.03.2026