Redaktor
“eMed” startapı 200 milyon dollar investisiya alıb
Süni intellekt dəstəkli sağlamlıq texnologiyası platforması “eMed” 200 milyon dollar investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, ABŞ mərkəzli “eMed”in investisiya turunda Tom Bredi (Tom Brady), Cef Aronin (Jeff Aronin), Ara Kohen (Ara Cohen), Antonio Qrasyas (Antonio Gracias), Co Lonsdeyl (Joe Lonsdale), R.C. Melman (R.J. Melman), Tom Rikets (Tom Ricketts) və şirkətin baş icraçı direktoru Linda Yakkarino (Linda Yaccarino) iştirak ediblər.
2020-ci ildə təsis olunan şirkətin dəyərləməsi 2 milyard dolları ötüb. “eMed” bildirib ki, yeni investisiya süni intellekt platformasının inkişafına, maliyyə dayanıqlığının gücləndirilməsinə və işəgötürənlərin sağlamlıq xərclərini azaltmağa yönəlmiş modelin genişləndirilməsinə sərf olunacaq.
Patris Harris (Patrice Harris) tərəfindən yaradılan şirkət əsasən işəgötürənlərə yönəlmiş rəqəmsal sağlamlıq həlləri təqdim edir. “eMed” xüsusilə xroniki xəstəliklər, çəki idarəetməsi və tip 2 diabet sahələrində əməkdaşların sağlamlığının yaxşılaşdırılmasını və işəgötürənlərin səhiyyə xərclərinin azaldılmasını hədəfləyir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKulevidəki NEZ Azərbaycan üzərindən Rusiya neftindən tam imtina etmək niyyətindədir
30.03.2026“eMed” startapı 200 milyon dollar investisiya alıb
30.03.2026Tikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb
30.03.2026TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
30.03.2026Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir
30.03.2026Şirkət səhmi alarkən aldanmayın: Diqqət etməli olduğunuz 5 əsas təhlükə
30.03.2026