Sığorta şirkətlərinin mənfəət vergisi 50%-dən çox artıb

Redaktor

13.05.2025 15:31
222

Sığorta şirkətlərinin mənfəət vergisi 50%-dən çox artıb

Azərbaycanda ötən il sığorta və təkrarsığorta təşkilatlarının ümumi gəlirləri 1 milyard 533 milyon 345 min manat təşkil edib.

"Valyuta.az"ın xəbərinə görə, bu göstərici əvvəlki illə müqayisədə 12% və ya 164 milyon 780 min manat artım deməkdir. 2023-cü ildə ümumi gəlir 1 milyard 368 milyon 565 min manat olub.

Gəlirlərin əsas hissəsini yenə də 1 milyard 436 milyon 388 min manatla sığorta haqları təşkil edib. Bu, əvvəlki illə müqayisədə 12,63% və ya 161 milyon 82 min manat artım deməkdir. Gəlir artımında investisiya gəlirlərinin də əhəmiyyətli rolu olub – bu sahədə 36,9%-lik artımla gəlir 114 milyon 917 min manata çatıb.

Ümumi mənfəət 228 milyon 456 min manata yüksəlsə də, mənfəət vergisinin 50%-dən çox artması nəticəsində xalis mənfəət azalıb. Belə ki, mənfəət vergisi 27 milyon 460 min manatdan 41 milyon 254 min manata yüksəlib. Nəticədə sığortaçıların xalis qazancı 195 milyon 616 min manatdan 187 milyon 202 min manata enib ki, bu da 4,3%-lik azalma deməkdir.

Ən ciddi dəyişikliklərdən biri təkrarsığortaçıların ödənişlərdəki rolunda müşahidə olunub. Bu göstərici 6,2 dəfə azalaraq 145 milyon 152 min manatdan 23 milyon 382 min manata düşüb.

Ümumilikdə sektorun xərcləri də artıb - 13,9% yüksələrək 1 milyard 304 milyon 888 min manata çatıb. Artım əsasən sığorta ödənişləri və sığorta haqlarının geri qaytarılması ilə bağlı olub. 773 milyon 634 min manatlıq sığorta ödənişi və 46 milyon 46 min manatlıq sığorta haqlarının geri qaytarılması bu artımı şərtləndirib.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...