Azərbaycandan olan eks-icra başçısının oğlu Rumıniyada 40 villa aldı

Redaktor

03.02.2026 10:46
935

Azərbaycandan olan eks-icra başçısının oğlu Rumıniyada 40 villa aldı

Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.

Valyuta.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb.

O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

Ü.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Xatıqladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu.

Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.


O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırlmasına gətirib çıxarmışdı.
T.Kərimov daha əvvəllər əvvəllər Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru, "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş, oradan da Salyana gətirilmişdi. 

Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında SOCAR Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı olub.

"Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə Memaar Capital şirkətinin nəzarətinə keçib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir

03.02.2026

Bu kriptovalyuta Trampın adını daşıyacaq

03.02.2026

Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu

03.02.2026

İsrail və Azərbaycan memorandum imzaladı

03.02.2026

Bakıda torpaq 15 faiz bahalaşacaq

03.02.2026

Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib

03.02.2026

"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir

03.02.2026

Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir

03.02.2026

Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?

03.02.2026

"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı

03.02.2026

Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur

03.02.2026

İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır

03.02.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

03.02.2026

Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi

03.02.2026

“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®

03.02.2026

Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub

03.02.2026

Kredit sığortası ödənişlərində 16 minlik azalma

03.02.2026

Hərbi prokurora yeni müavin təyin olundu

03.02.2026
"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

03.02.2026

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

03.02.2026

Məzənnə

Yüklənir...