Avtomobillər satışa çıxarılır

Redaktor

27.01.2026 12:07
311

Avtomobillər satışa çıxarılır - 1 170 manatdan

17 mart tarixində dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutacaq.

Valyuta.az xəbər verir ki, satışa ümumilikdə 44 nəqliyyat vasitəsi təqdim olunacaq. Avtomobillər müxtəlif növ və markalar üzrə çeşidlənib: minik, yük və sərnişin daşımaları üçün uyğunlaşdırılmış nəqliyyat vasitələri mövcuddur.

Hərraca təqdim edilən nəqliyyat vasitələrinin əksəriyyəti əvvəlki hərraclarda iştirak edib və bu dəfə güzəştlə təkrar satışa çıxarılıb. Belə ki, bəzi nəqliyyat vasitələrinə 10, 25 və 50 faizlik endirimlər tətbiq olunub.

Satış siyahısında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə məxsus 2012-ci il istehsalı "İSUZU ECOBU" markalı iki ədəd sərnişin avtobusu yer alır. Hər biri 11 000 manat start qiyməti ilə təqdim edilib.

Prezidentin İşlər İdarəsi tərəfindən 2006-cı il buraxılışlı "BMW 740LI" markalı minik avtomobili 8 500 manat start qiyməti ilə hərraca çıxarılır. Bu iki qrumun nəqliyyat vasitələri  5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.

Baş Prokurorluğun balansında olan 2012-ci il istehsalı beş ədəd "AUDI A4" markalı avtomobil 5 250-5 750 manat arasında dəyişən qiymətlərlə, 2011-ci il buraxılışlı "Volkswagen Passat" isə 3 750 manat dəyərlə satışa çıxarılıb.

Suraxanı Rayon İcra Hakimiyyəti 2008-ci il istehsalı "Volvo S80" markalı avtomobili 5 250 manat start qiyməti ilə təqdim edib.

Ən çox nəqliyyat vasitəsi Müdafiə Nazirliyinin balansındadır. Qurum 2003–2005-ci illərə aid çoxsaylı QAZ-3308 yük avtomobilini 26 000 və 29 250 manat aralığında satışa çıxarıb. Bu qrumların isə nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Bundan əlavə, 1984-cü il istehsalı "ZİL-131" markalı yük avtomobili 6 000 manat, 2004-cü il markalı minik avtomobilləri isə müvafiq olaraq 7 500 manat qiymətlə hərraca təqdim olunub və 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Nazirlik həmçinin 2007-ci illdə istehsal edilmiş "UAZ-31512 " xüsusi təyinatlı avtomobili də 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

Azərbaycanlı sahibkar xanımlar “Women in Tech”də çıxış edib

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha bir icra hakimiyyətində 54 nəfər işdən çıxarıldı

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

18.03.2026

Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək

18.03.2026

10 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər

18.03.2026

Məzənnə

Yüklənir...