Redaktor
"Aqrarkredit"in əmlakları satışa çıxarılır - QİYMƏTLƏR
18 mart tarixində “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan bir sıra əmlaklar hərraca çıxarılacaq.
Valyuta.az xəbər verir ki, hərraclar eyni gün müxtəlif saatlarda təşkil olunacaq.
Saat 11:00-da keçiriləcək hərracda iki əmlak satışa təqdim ediləcək. Onlardan biri Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 174 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. Ümumi sahəsi 493,9 kvadratmetr olan obyektin start qiyməti 2 700 000 manat, beh məbləği isə 13 500 manat müəyyən edilib. Digər əmlak Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 68C ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsidir. Torpaq sahəsinin ölçüsü 0,014782 hektar, evin ümumi sahəsi isə 176,1 kvadratmetrdir. Bu əmlakın start qiyməti 550 000 manat, beh məbləği 2 750 manatdır.
Saat 11:30-da təşkil olunacaq hərraca ümumi sahəsi 84,7 kvadratmetr olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B ünvanında yerləşən (yeni qaydalara əsasən: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 289B) və ümumi sahəsi 68,3 kvadratmetr olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 8 ünvanında yerləşən qeyri-yaşayış sahələri çıxarılacaq.
Yasamal rayonunda yerləşən əmlakın start qiyməti 237 200 manat, beh məbləği 11 860 manatdır. Sabunçu rayonunda yerləşən əmlakın start qiyməti 35 000 manat, beh məbləği isə 1 750 manat təşkil edir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Zadəganlar" Kənan Yıldız üçün 57,5 milyon avro ödəməyi planlaşdırır
16.02.2026Çin Yeni ilində rekord: Ölkə daxilində 9,5 milyard səfər ediləcək
16.02.2026İcra başçısı yenicə işə götürdüyü köməkçisini vəzifədən azad etdi
16.02.2026Azərbaycan ötən ay əsas 9 ölkəyə qeyri-neft məhsulları ixrac edib - Gəlirlər
16.02.2026Tarlalarda lazerli nəzarət: Süni intellekt alaq otlarını tək-tək məhv edir
16.02.2026"Microsoft"un "Jumpstart" tapmacası: Nəhəng istehsalçılara gizli təzyiq?
16.02.2026İstifadəyə yararsız pulları 2 martdan sonra bu banklarda dəyişmək mümkündür
16.02.2026Daha az xərcləmək xoşbəxtliyin sirri ola bilər
16.02.2026“X”in fəaliyyətində problem yarandı
16.02.2026Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
16.02.2026İlon Maskın maliyyə addımları adi investorlar üçün nəyi öyrədə bilər?
16.02.2026"Google"a qarşı yeni məhkəmə: Məşhur aparıcının səsi oğurlanıb?
16.02.2026