Redaktor
"Aqrarkredit"in əmlakları satışa çıxarılır - QİYMƏTLƏR
19 fevral tarixində “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan torpaq sahələri açıq hərrac vasitəsilə satışa çıxarılacaq.
Valyuta.az xəbər verir ki, hərracda satışa çıxarılan əmlaklar Şəki şəhərində, Salman Mumtaz küçəsində yerləşir. Ümumilikdə üç torpaq sahəsi təqdim edilib.
Onların sahəsi və ilkin qiymətləri aşağıdakı kimidir:
Birinci torpaq sahəsinin ümumi ərazisi 29,8 hektardır. Bu əmlak üçün start qiyməti 3.302.600 manat müəyyən olunub.
İkinci torpaq sahəsi 7,3 hektar təşkil edir. Sözügedən əmlakın start qiyməti 809.900 manatdır.
Üçüncü torpaq sahəsi 7,1 hektardan ibarətdir. Bu sahənin ilkin satış qiyməti 787.500 manat olaraq müəyyənləşdirilib.
Mayya Hüseynova