Redaktor
Aleksandr Vanq: "Biznesdə problem ideya deyil, diqqətin dağılmasıdır"
Süni intellekt sahəsində fəaliyyət göstərən "Scale AI" şirkətinin qurucusu və gənc milyarder sahibkar Aleksandr Vanq bizneslə bağlı az səslənən, amma çox praktik bir fikri önə çəkir.
Valyuta.az xəbər verir ki, Vanqın yanaşmasına görə, müasir biznes mühitində əsas çətinlik yaxşı ideya tapmaq deyil.
Problem ondan ibarətdir ki, şirkətlər eyni anda çox şey etməyə çalışır. Yeni məhsullar, paralel bazarlar, fərqli müştəri qrupları diqqəti parçalayır və əsas işi zəiflədir.
Scale AI-nin ilk dövrlərində şirkət süni intellektin onlarla potensial tətbiqi ola biləcəyini bilirdi. Amma Vanq şüurlu şəkildə yalnız bir konkret problemi seçib onu mümkün qədər yaxşı həll etməyə fokuslandı. Bu fokus şirkətin qısa müddətdə böyük texnologiya şirkətləri üçün əsas tərəfdaşa çevrilməsinə imkan verdi.
O vurğulayır ki, biznesdə diqqətin dağılması gizli xərclər yaradır. Komanda yorulur, qərarvermə ləngiyir, məhsul isə aydınlığını itirir. Halbuki fokuslanmış bizneslər daha az resursla daha güclü nəticə əldə edir.
İqtisadi baxımdan bu fikir göstərir ki, böyümə bəzən yeni istiqamətlər açmaqla yox, mövcud istiqaməti dərinləşdirməklə baş verir. Xüsusilə gənc sahibkarlar üçün ən çətin, amma ən vacib bacarıqlardan biri diqqəti qorumaqdır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?
13.01.2026Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?
13.01.2026Prezident Tərtər və Ağdərəyə səfər etdi
13.01.2026"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi
13.01.2026"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi
13.01.2026Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ
13.01.2026Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək
13.01.2026İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
13.01.2026Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
13.01.2026İlon Maskın sərvəti ilə nələr almaq olardı?
13.01.2026“Azercell" bu gündən qiymətləri qaldırdı
13.01.2026Rektor özünə müşavir təyin etdi - FOTO
13.01.2026
"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə
13.01.2026Metrodakı nöqsanlar aradan qaldırılmayıb - Palata
13.01.2026İran pulu çökdü
13.01.2026Ali Məhkəmədən müflis banklarla bağlı mühüm qərar
13.01.2026Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
13.01.2026"Meta" yenə işçilərini ixtisar etməyə hazırlaşır
13.01.2026