Redaktor
"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi
Alphabet 4 trilyon dollarlıq kluba daxil oldu.
Valyuta.az xəbər verir ki, "Alphabet"in bazar dəyəri qısa müddətə 4 trilyon dolları keçərək texnologiya nəhəngləri arasında ən məhdud klublardan birinə yüksəlib. Artımın əsas səbəbi şirkətin süni intellekt strategiyasına investor etimadının yenidən bərpa olunmasıdır.
Bu yüksəlişə "Apple"ın yeni nəsil AI modellərində "Google Gemini"dən istifadə edəcəyini açıqlaması güclü təkan verib. Xəbərdən sonra "Alphabet"in A sinif səhmləri rekord səviyyələrə yaxınlaşıb.
Beləliklə, "Alphabet" bu həddi aşan "Nvidia", "Microsoft" və "Apple"dan sonra dördüncü şirkət olub.
Şirkətin dönüşündə "Google Cloud" əsas rol oynayıb. Üçüncü rübdə "Google Cloud" gəlirləri 34% artıb, Gemini 3 modelinə gələn müsbət rəylər isə "Alphabet"in AI yarışındakı mövqeyini gücləndirib.
Sərvanə Rəmixanova