Redaktor
"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi
Texnologiya dünyasında balansları dəyişdirə biləcək əməkdaşlıq rəsmi şəkildə elan olunub. “Apple” uzun müddətdir maraqla gözlənilən “yeni nəsil Siri” layihəsi üçün daxili inkişaf proseslərini dayandıraraq istiqaməti “Google”a çevirib.
Valyuta.az xəbər verir ki, “WWDC 2024” tədbirində verilən vədlərdən sonra yaşanan gecikmələr, “Apple”ın süni intellekt yarışında sürəti artırmaq məqsədilə “Google”ın “Gemini” modellərinə güvənəcəyini göstərir.
“Apple”, “Siri”ni daha ağıllı və fərdiləşdirilmiş bir köməkçiyə çevirmə yolunda mühüm mərhələni geridə qoyub. Şirkət açıqlayıb ki, yeni nəsil “Apple Foundation” modellərinin əsasını “Google”ın “Gemini” texnologiyası və bulud infrastrukturu təşkil edəcək. Bu addım, texnologiya nəhənginin hələlik öz daxilində “sərhədləri aşan” səviyyədə bir süni intellekt modeli yarada bilmədiyinin də dolayısı ilə etirafı kimi dəyərləndirilir.
“Apple” tərəfindən verilən məlumata görə, “Google”un təqdim etdiyi texnologiya istifadəçi təcrübəsini ən yüksək səviyyəyə daşıya biləcək ən uyğun baza kimi qiymətləndirilib. “Apple Intelligence” çətiri altında təqdim edilən funksiyaların böyük hissəsi artıq bu əməkdaşlıq sayəsində reallaşdırılacaq.
Milyard dollarlıq əməkdaşlıqda məxfilik prioritetdir
“Bloomberg”in ötən ilin sonlarında yaydığı məlumatlara əsasən, bu böyük tərəfdaşlığın illik dəyəri təxminən 1 milyard dollara çatır. “Apple” bir tərəfdən “Google”un texnoloji gücündən yararlanarkən, digər tərəfdən istifadəçilərin ən çox narahat olduğu məxfilik məsələsində də təminat verir. Şirkət bildirir ki, “Apple Intelligence” cihazdaxili emal və “Xüsusi Bulud Hesablama” (“Private Cloud Compute”) sistemi üzərindən işləməyə davam edəcək və bununla da yüksək təhlükəsizlik standartlarından geri addım atılmayacaq.
ChatGPT dövrü başa çatır?
“Google” ilə bağlanan bu çoxillik razılaşma, “Apple”ın daha əvvəl “OpenAI” ilə qurduğu əməkdaşlığın gələcəyini də sual altına salıb. “iOS” ekosisteminə inteqrasiya olunan ChatGPT-nin seçim olaraq qalacağı, yoxsa tamamilə “Gemini” əsaslı “Siri”yə keçidin ediləcəyi hələlik dəqiqləşməyib.
İlin irəliləyən dövrlərində istifadəyə veriləcək yeni texnoloji infrastruktur, “Siri”nin illərdir tənqid olunan ləngliyindən xilas olub-olmayacağını da aydın şəkildə ortaya qoyacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026