AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb!

Redaktor

22.07.2026 10:08
98

AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb! ®

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəsmi renkinq məlumatlarının təhlili AFB Bankın son bir ildə əsas göstəriciləri üzrə bazarda ən yüksək artım dinamikası nümayiş etdirən banklardan biri olduğunu göstərir. Bank 2026-cı ilin II rübündə aktivlər, kredit portfeli və depozit bazası üzrə ciddi artıma nail olub.

2026-cı ilin II rübü üzrə bank sektorunun göstəriciləri AFB Bank üçün güclü böyümə dinamikası ilə yadda qalıb. Azərbaycan Banklar Assosiasiyasının rəsmi “Renkinqlər” səhifəsində dərc olunan məlumatlara əsasən, AFB Bank son bir ildə bir sıra əsas göstəricilərinin artım tempinə görə bazarda lider mövqelərdə qərarlaşıb. 2025-ci ilin II rübü ilə müqayisədə AFB Bankın aktivləri 311,8 milyon manatdan 536,9 milyon manata yüksəlib. Bu isə bir il ərzində 72,2% artım deməkdir. Başqa sözlə, Bankın aktivləri son 12 ayda 225 milyon manatdan çox genişlənib.

Kredit portfelində də yüksək dinamika müşahidə olunub. AFB Bankın müştərilərə verilmiş kredit portfeli 2025-ci ilin II rübündə 202,9 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin II rübündə bu göstərici 394,4 milyon manata çatıb. Beləliklə, Bankın ümumi kredit portfeli illik müqayisədə 94,4% artıb. Kredit portfelinin strukturunda biznes kreditləri üzrə artım xüsusilə diqqət çəkir. AFB Bankın biznes kreditləri portfeli son bir ildə 107,1 milyon manatdan 236,9 milyon manata yüksəlib. Bu isə 121,3% artım deməkdir. Biznes kreditləri üzrə dinamikanı qiymətləndirilərkən müqayisəyə ümumi kredit portfeli 100 milyon manatdan yuxarı olan banklar daxil edilib.

Fiziki şəxslər üzrə kreditləşmədə də Bankın nəticələri bazar üzrə seçilib. AFB Bankın istehlak kreditləri portfeli 2025-ci ilin II rübündə 26,6 milyon manat olduğu halda, 2026-cı ilin II rübündə 88,5 milyon manata yüksəlib.

Depozit portfelindəki dinamika da AFB Bankın son bir ildə bazarda mövqeyini gücləndirdiyini göstərir. Bankın hüquqi və fiziki şəxslər üzrə ümumi depozit portfeli 140,9 milyon manatdan 342,3 milyon manata çatıb. Nəticədə ümumi depozit portfeli üzrə artım 142,9% olub. Fiziki şəxslərin depozitlərində isə artım daha yüksək olub. Bu göstərici 2025-ci ilin II rübündə 75,9 milyon manat təşkil edirdisə, 2026-cı ilin II rübündə 219 milyon manata yüksəlib. Beləliklə, AFB Bankda fiziki şəxslərin depozit portfeli bir il ərzində 188,5% artıb. Hüquqi şəxslərin depozit portfeli də müsbət dinamika nümayiş etdirib. Bu istiqamətdə göstərici təxminən 65 milyon manatdan 123,3 milyon manata yüksəlib. Artım 89,6% təşkil edib.

Təhlil göstərir ki, AFB Bankın böyüməsi yalnız bir istiqamətlə məhdudlaşmayıb. Aktivlərin genişlənməsi, kredit portfelinin sürətli artımı və depozit bazasının güclənməsi Bankın həm biznes, həm də pərakəndə bankçılıq seqmentində aktiv mövqe tutduğunu göstərir.

Xatırladaq ki, ABA-nın rəsmi renkinq məlumatlarına əsasən, AFB Bank 2026-cı ilin II rübündə aktivlər, ümumi kredit portfeli, istehlak kreditləri, ümumi depozit portfeli və fiziki şəxslərin depozit portfeli üzrə bir illik artım dinamikasına görə bazarda ilk sırada qərarlaşıb.

Qeyd edək ki, AFB Bank cari ilin həm I, həm də II rübündə əsas balans göstəriciləri üzrə yüksək artım tempini qoruyub. Bu isə Bankın böyüməsinin qısamüddətli sıçrayış deyil, ardıcıl və stabil inkişaf dinamikasına əsaslandığını göstərir. Ümumilikdə, 2026-cı ilin II rübünün nəticələri AFB Bankın bazarda daha güclü mövqeyə keçdiyini, müştəri bazasını genişləndirdiyini və əsas bankçılıq istiqamətləri üzrə sürətli inkişaf mərhələsini davam etdirdiyini nümayiş etdirir.

AFB Bank haqqında

AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.

Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır

23.07.2026

“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb

23.07.2026

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Metroda NFC ilə keçiddə problem yarandı

23.07.2026

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

23.07.2026

"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"

23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir?

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar

23.07.2026

"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb

23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

23.07.2026

Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar

23.07.2026

Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma

22.07.2026

Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi

22.07.2026

Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır

22.07.2026

Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək

22.07.2026

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026

Məzənnə

Yüklənir...