Redaktor
160 milyon dollarlıq sərmayə ilə 8 milyardlıq startapa çevrildi
Hüquq sahəsi üzrə süni intellekt əsaslı məhsullar hazırlayan "Harvey", 160 milyon dollar məbləğində yeni investisiya cəlb etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu investisiya ilə şirkətin dəyəri 8 milyard dollara çatıb.
2022-ci ildə təsis olunan "Harvey", hüquq firmaları, korporativ hüquq departamentləri və məsləhət şirkətləri tərəfindən istifadə olunan süni intellekt platformasıdır. Platforma müqavilələrin yoxlanılması, mübahisələrin araşdırılması, uyğunluq prosesləri və məhkəmə hazırlıqları kimi mətnə əsaslanan hüquqi əməliyyatların sürətləndirilməsini hədəfləyir.
Bu ilin fevralında "Harvey", 3 milyard dollar dəyərləndirmə ilə 300 milyon dollarlıq D seriyalı, iyun ayında isə 5 milyard dollar dəyərləndirmə ilə 300 milyon dollarlıq E seriyalı investisiya cəlb etmişdi. Sentyabrda "EQT Growth"dan əlavə 50 milyon avro sərmayə alan startap, avqust ayı etibarilə illik təkrarlanan gəlirinin 100 milyon dolları keçdiyini açıqlayıb.
"Harvey", bir neçə süni intellekt modeli ilə çalışır. Bu modellərdən biri, "OpenAI" ilə birgə hazırlanıb və hüquqi presedentlərin araşdırılması məqsədilə istifadə olunur. Şirkət, həmçinin "PwC" ilə birgə tənzimlənmiş vergi məlumatlarını öz dil modeli infrastrukturuna inteqrasiya edən vergi köməkçisi üzərində də çalışır.
Yeni investisiya ilə paralel olaraq, "Harvey" hüquq komandalarının birgə işləməsini asanlaşdırmaq üçün "Shared Spaces" adlı yeni funksiyasını təqdim edib. Bu funksiya çərçivəsində hüquq firmaları və korporasiyalar daxilində yaradılan xüsusi iş axınları, şablonlar və təlimatlar komanda üzvləri arasında paylaşılır, lakin sorğular və daxili proseslər üçüncü tərəflər üçün əlçatan olmur.
Mayya Hüseynova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026