"Accessbank”ın 39 filialından 4-nə rəhbərlik edən xanımlar

Redaktor

01.05.2026 09:00
2,222

"Accessbank”ın 39 filialından 4-nə rəhbərlik edən xanımlar

Azərbaycan bank sektorunda qadın rəhbərlərin sayı ildən-ilə artır və bu tendensiya maliyyə sahəsində gender balansının gücləndiyini göstərir.

Valyuta.az “Accessbank”ın filiallarına rəhbərlik edən xanım rəhbərləri araşdırıb.

Hazırda bankın ölkə üzrə 39 filialı fəaliyyət göstərir. Onlardan 14-ü Bakıda, 25-i isə bölgələrdə yerləşir. Bu filiallardan 4-nə xanım rəhbərlər rəhbərlik edir.

Qeyd edək ki, “AccessBank”ın 30%-dən cox əməkdaşı xanımlardır.

Leyla Mirhəşimli, “AccessBank”ın Səbail filialının rəhbəri

O, 1998-2002-ci illərdə Qərb Universitetində Biznesin İdarə olunması fakültəsində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə Biznesin İdarə olunması fakültəsində “Beynəlxalq turizm və ölkəşünaslıq” ixtisası üzrə magistr təhsili alıb. Leyla Mirhəşimova, eyni illərdə (2014-2016) Almaniyanın Berlin şəhərində keçirilən “Management Development Program” çərçivəsində idarəetmə, maliyyə, audit, risklərin idarə olunması və marketinq sahələri üzrə ixtisasartırma təhsili alıb. Hazırda 2018-ci ildən Qərbi Kaspi Universitetində “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorantura (PhD) təhsilini davam etdirir. İngilis və rus dillərini bilir.

Leyla Mirhəşimli 2002-ci ildən etibarən bank sektorunda fəaliyyət göstərir. O, 22 ildən artıq müddətdə "AccessBank"ın müxtəlif filiallarında müxtəlif vəzifələrdə çalışıb.

15 ildən artıqdır ki, Bank filial müdiri vəzifəsində çalışır və hazırda "AccessBank"ın Səbail filialına rəhbərlik edir.

Vüsalə Quliyeva, “AccessBank”ın Xəqani filialının rəhbəri  

O, 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Amerikaşünaslıq ixtisası üzrə bakalavr, 2007-2009-cu illərdə isə həmin universitetdə Beynəlxalq Münasibətlər və Avropaşünaslı ixtisası üzrə magist təhsili alıb. Həmçinin Türkiyənin Boğaziçi Universitetində Mini MBA proqramını uğurla tamamlayıb.

Vüsalə Həsənova əmək fəaliyyətinə 2008-ci ildə “Parabank”da başlayıb. “AccessBank”da fəaliyyətə 2012-ci ildə əməliyyat üzrə mütəxəssis kimi başlayıb. Daha sonra bir sıra vəzifələrə yüksələrək filial rəhbəri təyin olunub, və son 3 ildə "Accessbank"da "Vip Club" məhsulunu yaradıb, hazırda filial rəhbəri olmaqla yanaşı, həm də "Private Bankinq" məhsulunun rəhbəri kimi fəaliyyət göstərir. 

Könül Bayramova, "Accessbank"ın Zaqatala filialının rəhbəri

2004-2008-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb.

2021-ci ildə “International Consulting Company” şirkətinin “Filial müdirlərinin (imza hüququ olan müavinlərin) attestasiya hazırlığı” proqramı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən attestasiyadan uğurla keçib.

2008-ci ildən “AccessBank”da fəaliyyət göstərir. Əmək fəaliyyətinə kiçik kredit mütəxəssisi kimi başlayıb, daha sonra mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. 2018-ci ildə Mikro kredit şöbəsinin meneceri vəzifəsinə yüksəlib.

2020-ci ildə Zaqatala filialında müdir müavini vəzifəsini icra edib. 2025-ci ilin aprel ayında Balakən filialının rəhbəri təyin olunub, həmin ilin noyabr ayından etibarən isə Zaqatala filialının rəhbəri vəzifəsində çalışır.

Könül Qurbanova, "Accessbank"ın Binəqədi filialının rəhbəri 

2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində (rus bölməsi) bakalavriat səviyyəsi üzrə təhsil alıb.

2023-cü ildə “AccessBank” tərəfindən Boğaziçi University ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş Mini-MBA proqramını tamamlayıb.

2008-ci ildən “AccessBank”da fəaliyyət göstərir. Əmək fəaliyyətinə mütəxəssis kimi başlayıb, peşəkar inkişafı dövründə müxtəlif filiallarda qrup rəhbəri vəzifəsində çalışıb.

2021-ci ildən etibarən isə filial rəhbəri vəzifəsində çalışır.

Mayya Hüseynova                                                                             

                                                   

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

04.06.2026

Azərbaycan suveren dövlət xidmətləri internetdən asılı olmayacaq

04.06.2026

28 May ərazisində obyektlərin icarə qiymətləri - CƏDVƏL

04.06.2026

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

04.06.2026

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Məzənnə

Yüklənir...