Redaktor
Zəfər Günündə Bakıda yürüş olacaq, bəzi yollar müvəqqəti bağlanacaq (SİYAHI)
Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.
Valyuta.az xəb3r verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub: “Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.
A.Əsgərli vurğulayıb ki, sözügedən küçə prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq:
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn yaxşı artım səhmləri
12.02.2026“Lassie” 75 milyon dollar investisiya alıb
12.02.2026"Şirkətə işçi götürərkən bu sualı verirəm"
12.02.2026Saxlamaq, yoxsa alıb-satmaq? - Kriptovalyutaya investisiya strategiyası necə seçilməlidir?
12.02.2026Razılaşmada ilk rəqəmi deyən qazanır
12.02.2026Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi
12.02.2026Nazirin birinci müavini vəzifəsi ləğv edildi
12.02.2026Dövlət agentliyi "Azəriqaz"ın təşəbbüsünü ləğv etdi
12.02.2026Süni intellekt nəhənglərində nə baş verir? - "Dünya təhlükədə"
12.02.2026Dünyanın ən işlək hava limanı açıqlandı: Bir ildə 95,2 milyon sərnişin
12.02.2026Böyük hədəflərlə təqdim olunan altkoinin arxasındakı şirkət kripto birjasını bağlayır
12.02.2026Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI
12.02.2026Azərbaycana beynəlxalq poçt göndərişlərinin həcmi və dəyəri azalıb
12.02.2026İnsansı robotların istehsalı artacaq - 1 milyarda yaxın investisya yatırıldı
12.02.2026Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM
12.02.2026Səfərbərlik Xidmətinin işçiləri təltif olundu - SİYAHI
12.02.2026Prezident Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verdi - SİYAHI
12.02.2026"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək
12.02.2026Balıq bahalaşdı
12.02.2026