Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Redaktor

18.01.2025 13:42
503

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

Valyuta.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında deyilir.

"22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda bildirilir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
1 il pulunu yığdı, öz biznesini qurdu

1 il pulunu yığdı, öz biznesini qurdu - Müsahibə

08.03.2026

36 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi - Müsahibə

08.03.2026
"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

08.03.2026

Fermer qızının milyarderə çevrilmə hekayəsi - SƏHƏR OXUSU

08.03.2026

Prezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib

07.03.2026

“Azəralüminium”un ixrac gəlirləri 4,1 milyon dollar artıb

07.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

07.03.2026

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır

07.03.2026

"YouTube"da mesajlaşmaq mümkün olacaq

07.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

07.03.2026

Qənaətli həyat üçün 4 məsləhət açıqlanıb

07.03.2026

Bakının mənzil bazarı: Vəziyyət necədir?

07.03.2026

Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO

07.03.2026

2030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya

07.03.2026

İlk işdə uğur qazanmaq üçün əsas strategiyalar

07.03.2026

Avropa qaz uğrunda döyüşdə uduzur: Bazarda nə baş verir?

07.03.2026

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir

07.03.2026

Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək

07.03.2026

Azərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ

07.03.2026

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO

07.03.2026

Məzənnə

Yüklənir...