Fermer qızının milyarderə çevrilmə hekayəsi

Redaktor

08.03.2026 08:30
103

Fermer qızının milyarderə çevrilmə hekayəsi - SƏHƏR OXUSU

Amerikalı milyarder biznesmen və konservativ siyasi donor olan Dayan Hendriks 2 mart 1947-ci ildə ABŞ-da doğulub. Mondovi şəhərində dünyaya göz açsa da, uşaqlığını Osseo şəhərində keçirib. O südçülüklə məşğul olan fermer ailənin qızı olaraq böyüyüb. 

Erkən yaşlarda ailə qurur və 1964-ci ildə 17 yaşında olarkən ilk övladı dünyaya gəlib. Həmin dövrdə “Parker Pen Company” şirkətinin Janesville şəhərindəki müəssisəsində qələm yığmaqla işləməyə başlayıb. Uşağın atası ilə münasibəti uzun sürmədiyi üçün evlilik boşanma ilə nəticələnib. 

1965-ci ildə “Osseo Fairchild High School” məktəbini bitirib. O, bir müddət "Playboy Club"də "Playboy Bunny" kimi işlədiyini də qeyd edir. 

Bir müddət sonra dam örtüyü üzrə podratçı Ken Hendriks ilə tanış olub və 1975-ci ildə onunla evlənib. Birlikdə Beloit şəhəri ətrafında köhnə evlər alıb, təmir edib və kirayəyə veriblər. Daha sonra eyni işi sənaye obyektləri ilə də etməyə başlayıblar.

7 ildən sonra onlar kredit götürərək "ABC Supply" şirkətini yaratdılar. Bu şirkət sonradan ABŞ-da yaşayış və kommersiya binaları üçün dam örtüyü, pəncərə, su axıdıcı sistem və divarlarının üzlənməsi üçün istifadə olunan örtük materiallarının ən böyük topdansatış distributoruna çevrildi. 

Dayan Hendriks müsahibələrinin birində şirkətin uğurunu müştəri xidmətində fərqlənmək və komanda ruhu ilə risk götürməkdə gördüyünü bildirib.

"ABC Supply”ı sıfırdan qurmaq üçün hər şeyi risk etdik" məhz bu risklər şirkəti ABŞ ın ən böyük topdansatış distribütorlarından birinə çevrilməsinə səbəb olub” - deyə o, vurğulayıb.

Hətta Hendriks "Müştərini dinləmək və ona uyğun xidmət göstərmək biznesin uğuruna aparan yoldur" gənc sahibkarlara məsləhət verib.

Dayan Hendriks 7 övladı var və o, Afton şəhərində yaşayır. Ken Hendriks 21 dekabr 2007-ci ildə, 66 yaşında, evində tikinti gedən damın bir hissəsindən yıxılaraq vəfat edib. 

Dayan Hendriks hazırda "ABC Supply" şirkətinin sahibi və idarə heyətinin sədridir. 2018-ci ildə “Forbes” jurnalı onu ABŞ-ın “Öz zəhməti ilə varlanmış ən zəngin qadını” kimi sıralayıb. 2026-cü ilin 6 mart tarixinə olan məlumata görə, “Forbes” onun sərvətini 22,3 milyard ABŞ dolları olaraq qiymətləndirib. Məlumatlara əsasən, bu rəqəm 2012-ci ilin martında 2,8 milyard dollar olub. 

Dayan Hendriks və Ken Hendriks Wisconsin ştatında ən böyük siyasi donor kimi tanınıblar. 

Dayan Hendriks həm də Donald Trampın tanınmış maliyyə dəstəkçilərindən biridir. 2016 və 2020 seçki dövrlərində o, “Trump Victory” komitəsinə 1,4 milyon dollar ianə edib. 2020-ci il seçki dövründə əlavə olaraq yenə 1,4 milyon dollar həmin komitəyə və 4 milyon dollar “America First Action” təşkilatına bağışlayıb. Ümumilikdə Donald Trampın 2020-ci il prezident kampaniyasına 1,1 milyon dollar ianə edib. 2023-cü ilə qədər Hendriks “Make America Great Again, Inc.” adlı Super PAC-a 5 milyon dollar töhfə verib. 

2016-cı il ABŞ prezident seçkilərində isə Demokrat namizəd Hillary Klintona qarşı çıxan və Respublikaçı senator Ron Consonu dəstəkləyən “Reform America Fund” adlı Super PAC-a 5 milyon dollardan çox vəsait bağışlayıb. Hendriks həmçinin Donald Trampın prezident kampaniyasında iqtisadi məsləhətçi kimi də fəaliyyət göstərib.

O, həmçinin siyasətçi Paul Ryanı da dəstəkləyib. 2014-cü ildə Koç qardaşları tərəfindən yaradılan Respublikaçı yönümlü Freedom Partners Action Fund Super PAC-ına 1 milyon dollar ianə edib. 2015 və 2016-cı illərdə isə həmin fonda hər il 2 milyon dollar bağışlayıb.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Hendriksin Rock County bölgəsində yerləşən Town of Rock ərazisindəki 8500 kvadrat fut sahəsi olan çoxmərtəbəli evi rəsmi sənədlərdə 1663 kvadrat fut sahəli birmərtəbəli ev kimi qiymətləndirilib.

Araşdırmalardan sonra Hendriks təhlükəsizlik səbəblərini əsas gətirərək vergi qiymətləndiricisinin əraziyə daxil olmasına icazə verməyib. Daha sonra o, evlə bağlı məlumatları qiymətləndiriciyə təqdim etməyə razılaşıb. Bunun nəticəsində əmlakın qiymətləndirilməsi 445.700 dollardan 1.205.500 dollara qaldırılıb. 

Nuranə Mübariz 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

36 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi - Müsahibə

08.03.2026
"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

08.03.2026

Fermer qızının milyarderə çevrilmə hekayəsi - SƏHƏR OXUSU

08.03.2026

Prezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib

07.03.2026

“Azəralüminium”un ixrac gəlirləri 4,1 milyon dollar artıb

07.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

07.03.2026

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır

07.03.2026

"YouTube"da mesajlaşmaq mümkün olacaq

07.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

07.03.2026

Qənaətli həyat üçün 4 məsləhət açıqlanıb

07.03.2026

Bakının mənzil bazarı: Vəziyyət necədir?

07.03.2026

Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO

07.03.2026

2030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya

07.03.2026

İlk işdə uğur qazanmaq üçün əsas strategiyalar

07.03.2026

Avropa qaz uğrunda döyüşdə uduzur: Bazarda nə baş verir?

07.03.2026

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir

07.03.2026

Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək

07.03.2026

Azərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ

07.03.2026

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO

07.03.2026

Dubayda qızıl endirimlə satılmağa başlanılıb

07.03.2026

Məzənnə

Yüklənir...