Redaktor
Naxçıvanda Konstitusiyaya dəyişikliklər ediləcək – Yeni idarəetmə modeli yaradılacaq
Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin müzakirəsi və “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi olduğunu bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.
Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.
Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib.
©qafqazinfo.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək
28.02.2026Ev tikmək istəyənlərin nəzərinə: Hansı qaydaları bilmək lazımdır? - VİDEO
28.02.2026Tovuzda “Mercedes C180” 800 manata hərracda satışa çıxarılır
28.02.2026Azərbaycan nefti ucuzlaşıb
28.02.2026Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
28.02.2026Rəvan Əlizadəyə yüksək vəzifə verildi
28.02.2026Bank sektorunda son 5 ildə neçə nəfər işçi işləyib? - CƏDVƏL
28.02.2026İflasdan sonra yenidən yüksələn 8 məşhur şirkət - SƏHƏR OXUSU
28.02.2026Süni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?
27.02.2026"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026