Redaktor
Azərbaycanda 320 manatdan aşağı pensiya olmayacaq
Prezident İlham Əliyev pensiyaların indeksləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Minimum pensiya məbləğinin artırılması ilə bağlı qanuna dəyişiklik də qüvvəyə minib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı ekspert Elşad Məmmədov açıqlamasında bildirib ki, ölkədə 2025-ci ilin yanvar ayının 1-dən minimum pensiyalar 320 manat məbləğində müəyyən edilib.
"O ki qaldı indeksasiya sisteminə, qeyd etmək lazımdır ki, Azərbaycanda pensiyaların indeksasiya sistemi ölkədə istehlak bazarında ötən il rəsmi qeydə alınan infilyasiya göstəricilərinə uyğun aparılır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda 2024-cü ildə rəsmi infilyasiya göstəriciləri 8.1% olub. Buna uyğun da pensiyaların məhz 8.1% indekləşməsi reallaşdırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, bir tərəfdən ölkədə minimum pensiyaların həddi 320 manat göstərilir, yəni ondan aşağı pensiya olmayacaq”.
O bildirib ki, indeksasiya faktiki olaraq ölkədə alıcılıq qabiliyyətinin qorunmasına istiqamətlənmiş bir addımdır:
“Şübhəsiz ki, pensiyaların artımı pensiya alan vətəndaşlarımızın sosial dəstəyinə istiqamətləndirilib. Çünki inflyasiya ölkədəki alıcılıq qabiliyyətinə, əhalinin o cümlədən pensiya alan təbəqənin sosial durumuna təzyiqlər göstərirdi. Ona görə də indeksasiya reallaşdırılmalı idi. Əhalinin kifayət qədər geniş təbəqəsinin müdaifəsinin mövcudluğu ilə yanaşı, həm də bunun iqtisadi effekti olacaq. Çünki bu vəsaitlərin böyük hissəsi istehlak bazarına gedərək ölkədəki işgüzar fəallığı stimullaşdırılmasına, o cümlədən yerli real sektorun inkişafına müvafiq dəstəkə verəcək. Bu baxımdan ölkə Prezidentinin indeksləşmə ilə bağlı qəbul etdiyi qərar, eyni zamanda minimum pensiyaların artımı həm sosial, həm də iqtisadi baxımdan müsbət dəyərləndirilməlidir”.
©modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb
03.03.2026Nazir İradə Xəlilovaya vəzifə verdi
03.03.2026"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət
03.03.2026Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
03.03.2026İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026
Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?
03.03.2026Neftimizin qiyməti 7 dollara yaxın bahalaşıb
03.03.2026Rubl və avro dəyər itirir
03.03.2026Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq
03.03.2026Pul haradan yaranıb? - SƏHƏR OXUSU
03.03.2026Uorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026