Redaktor
“Yelo Bank” “kiçilib” - Mənfəətində 10 milyondan çox azalma
2025-ci ilin III rübündə "Yelo Bank"ın xalis mənfəəti 24 milyon 824.83 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 238.43 min manat və ya 29.22% azdır.
2024-cü ilin eyni dövründə bankın xalis mənfəəti 35 milyon 63.26 min manat olub.
Müqayisə dövründə bankın qeyri-faiz gəlirləri və xalis əməliyyat mənfəəti də azalıb. Belə ki, əməliyyat mənfəəti 8.89% azalaraq 30 milyon 527.26 min manatdan 27 milyon 814.62 min manata düşüb. Qeyri-faiz gəlirləri isə 50.81% azalma ilə 24 milyon 319.19 min manatdan 11 milyon 964.08 min manata enib.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 51.48% azalaraq 6 milyon 597.54 min manat olub
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri də geriləyib. Bu gəlirlər 6 milyon 998.65 min manat və ya 51.48% azalaraq 6 milyon 597.54 min manat təşkil edib.
Eyni dövrdə faiz xərcləri artaraq 39 milyon 283.52 min manatdan 47 milyon 624.27 min manata yüksəlib. Qeyri-faiz xərcləri isə cüzi artım göstərərək 64 milyon 551.97 min manatdan 64 milyon 756.90 min manata çatıb.
Sözügedən dövrdə banklar və digər maliyyə institutlarındakı depozitlər kəskin azalıb. Belə ki, bu göstərici ötən ilin sonundakı 61 milyon 743,80 min manatdan 23 milyon 976,91 min manata düşüb. Azalma 37 milyon 766,89 min manat və ya 61,16% təşkil edib.
Fiziki şəxslərin depozitlərində artım müşahidə edilsə də, hüquqi şəxslərin depozitlərində azalma qeydə alınıb. Fiziki şəxslərin depozitləri əvvəlki ilin eyni dövründəki 637 milyon 497.12 min manatdan 879 milyon 404.69 min manata yüksəlib. Əksinə, hüquqi şəxslərin depozitləri 204 milyon 29.62 min manatdan 160 milyon 116.07 min manata enib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər