Redaktor
Viza ala bilməyənlərin diqqətinə - Nəyi səhv edirsiniz?
Çox insan müxtəlif səbəblərlə xaricə üz tutmaq istəyir. Lakin bu prosesdə ən problemli mərhələlərdən biri viza almaq məsələsidir. Kimisi ilk müraciətdə vizanı asanlıqla əldə edir, kimisi isə dəfələrlə müraciət etməsinə baxmayaraq rədd cavabı alır. Bəs viza almaq istəyərkən nələrə diqqət edilməlidir? Hansı səbəblər vizanın verilməsinə mane olur?
Turizm eksperti Ceyhun Aşurov Valyuta.az-a açıqlamasında bildirib ki, bəzi ölkələrə viza almaq elə də asan deyil, ciddi sənədlər tələb olunur və müraciətlər ciddi şəkildə yoxlanılır: “Xüsusilə ABŞ və Şengen ölkələrinə viza müraciətlərində bu hallara tez-tez rast gəlinir. Adətən həmin ölkələrin səfirliklərinin rəsmi səhifələrində viza barədə ətraflı məlumat verilir və hansı sənədlərin tələb olunduğu qeyd olunur. Ona uyğun müraciət edən şəxs siyahıya uyğun şəkildə sənədləri tərtib etməli və bütün hazırlıqları vaxtında görməlidir".
Onun sözlərinə görə, bəzi ölkələrdə bank hesabında müəyyən məbləğin olması, ailə və ya yaxınlıq əlaqələrinin sübutu, həmçinin səfərin məqsədinin aydın şəkildə göstərilməsi vacib amillər sayılır: "Əgər sənədlərdə uyğunsuzluq yoxdursa, səfərin məqsədi aydındırsa və risk görünmürsə, adətən viza verilir. Lakin bəzi ölkələrin tələbləri çox sərtdir və bu, vizanın asanlıqla əldə olunmamasına səbəb olur".

Ekspertin sözlərinə görə, bəzi turizm şirkətləri müəyyən ödəniş qarşılığında viza dəstəyi xidmətləri göstərirlər: “Onlar anketlərin düzgün doldurulması, sənədlərin tam şəkildə hazırlanması və təqdimat prosesində daha təcrübəlidirlər. Bu şirkətlər vizanın alınmasında incə məqamları yaxşı bildiklərindən çox zaman müsbət nəticə əldə edirlər. Hətta sənədlərdə çatışmazlıq olduqda belə, müraciətçiyə öncədən məlumat verirlər. Əslində, bütün bu prosesləri vətəndaş özü də edə bilər. Sadəcə, şərtləri düzgün və tam yerinə yetirmək vacibdir. Əks halda, kiçik bir uyğunsuzluq belə vizanın rədd edilməsinə gətirib çıxarır”.
C.Aşurov vurğulayıb ki, viza almaq istəyənlər səfirliyin tələb etdiyi qaydalara tam uyğun davranmalıdırlar: “Viza növü səfərin məqsədindən - turizm, təhsil və ya işdən asılı olaraq dəyişir. Tələblər yerinə yetirildikdə, vizanı almaq mümkündür. Sadəcə bəzi mövsümlərdə və istiqamətlərdə müraciətlərin çoxluğu səbəbindən viza alma prosesi çətinləşə bilər”.
Ekspert qeyd edib ki, vizanın verilməməsi halında konsulluqlar bəzən səbəbi açıqlamır: “Bəzən bu, siyasi və ya təhlükəsizliklə bağlı risklərlə əlaqədar olur. Amma ümumiyyətlə, sənədlər düzgün doldurulub, qaydalara tam əməl olunubsa, vizanın verilmə ehtimalı yüksəkdir”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025