Redaktor
Süni intellektlə şəkil hazırlamaq üçün ən güclü 10 alət
2025-ci ildə süni intellekt yalnız kod yazmaqla və ya məlumat analiziylə kifayətlənmir. O artıq yaradıcılığın da ayrılmaz parçasına çevrilib.
Valyuta.az xəbər verir ki, "Dream Machine", "Sora", "Midjourney", "Leonardo AI" və digər qabaqcıl platformalar portretdən animasiyaya, məhsul şəkillərindən loqo dizaynına qədər geniş spektrdə yaradıcı imkanlar təqdim edir. Bu alətlər funksionallıq, vizual keyfiyyət və istifadə rahatlığı baxımından fərqlənir və dizaynerlərdən marketinq mütəxəssislərinə qədər bir çox sahədə çalışanların əsas seçiminə çevrilib.
1. Dream Machine (Luma AI)
720 pikselə qədər təsvir yarada bilən "Dream Machine" istək və referens şəkillər əsasında işləyir. Mövcud şəkilləri dəyişmək və video hazırlamaq funksiyası mövcuddur. Pulsuz versiyada filigranlı və məhdud istifadə imkanları var. Ödənişli planlar ayda 9.99 dollardan başlayır və 3200 kredit təqdim olunur.

2. Higgsfield
Moda sahəsində realist şəkilləri və effektləri ilə tanınan "Higgsfield", “Soul”, “Flux Kontext Max” və “GPT-4o” modellərindən istifadə edir. Selfie, "TikTok" və "İnstagram" estetikasında şəkillər yarada bilir. Platforma həmçinin video istehsalını da dəstəkləyir. Yüksək keyfiyyətli təsvirlər əlavə kreditlə əldə edilir.

3. Ideogram
Bu platforma portret, məhsul, loqo və hətta geyim üzərində tətbiq ediləcək dizaynlar yaratmağa imkan verir. Abunəlik planları 8–60 dollar arası dəyişir, korporativ planlar isə 20 dollardan başlayır.

4. Imagen 4 (Google)
2K-ə qədər keyfiyyətdə şəkil yarada bilən Imagen 4 su damcıları, toxumalar və tük kimi incə detalların yüksək dəqiqliklə təsvirində fərqlənir. Google AI Studio, Gemini və Whisk üzərindən istifadə edilir və həm real, həm də abstrakt şəkillər təqdim edir.

5. KlingAI
“Kolors” model seriyası və “Elements” xüsusiyyəti ilə şəkillərə obyekt, səhnə və üslub əlavə etmək mümkündür. Platforma həmçinin virtual geyim sınağı funksiyası təqdim edir. Kreditlərin istifadə müddətinə diqqət yetirilməlidir.

6. Leonardo AI
FLUX, Lucid və GPT modellərini dəstəkləyən bu platforma müxtəlif ölçü və üslublarda şəkil yaratmağa imkan verir. Bokeh, skeç və minimalist üslublar mövcuddur. Abunəlik planları ayda 12–60 dollar arası dəyişir. Pulsuz versiya və video funksiyası da mövcuddur.
7. Midjourney
Yaradıcı və fərdi üslubda şəkil hazırlamaq istəyənlər üçün ideal platformadır. “Niji” və “Style Tuner” modları, eləcə də geniş redaktə imkanları ilə seçilir. Aylıq 10–60 dollar arasında dəyişən planlar təklif olunur. Yeni təqdim olunan “V1” modeli ilə video funksiyasına da keçid edilib.

8. Playground
Poster, loqo, tişört və stiker dizaynı üçün də əlverişlidir. İstifadəçilər istək əsasında şəkil yarada, istədikləri vizualı platformaya yükləyərək redaktə edə bilərlər. Pulsuz planla məhdud sayda dizayn təqdim edilir, premium paketlər isə 15 dollardan başlayır.

9. Reve
"Reve"in “Image 1.0” modeli uzun və detallı istəkləri dəqiqliklə emal edir. Redaktə qabiliyyəti "GPT-4o" və "Midjourney" ilə müqayisədə zəif olsa da, müxtəlif variasiyalar yaratmaq mümkündür. Kredit əsaslı çevik qiymət sistemi təklif edir.

10. Sora (OpenAI)
"GPT-4o" ilə dəstəklənən "OpenAI"nin "Sora" platforması həm şəkil, həm də video yaradır. Mart ayında istifadəyə verilən bu funksiya ilə bir həftədə 700 milyondan çox şəkil hazırlanıb. 2 Apreldən etibarən isə funksional imkanlar pulsuz istifadəçilərə də açılıb. Studio Ghibli üslubundakı şəkillər sayəsində "ChatGPT"nin istifadəçi sayı ikiqat artıb.

Bu 10 süni intellekt aləti dizaynerlərdən marketinq mütəxəssislərinə qədər fərqli sahələrdə çalışan istifadəçilər üçün geniş seçim imkanı yaradır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Berkshire Hathaway”in nağd vəsaiti 400 milyard dollara yaxınlaşır
28.06.2026“Amazon” Hindistana əlavə 13 milyard dollar sərmayə qoyacaq
27.06.2026AİB Azərbaycanı da əhatə edən özəl sektor layihəsini nəzərdən keçirir
27.06.2026Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
27.06.2026NBA tarixində ən bahalı 8 müqavilə
27.06.2026Avropada tanınan 15 məşhur geyim brendi
27.06.2026Dünyanın ən lüks biznes otelləri
27.06.2026"Starlink" tamhüquqlu mobil operator olmağı planlaşdırır
27.06.2026Biznesdə insanlararası ünsiyyət bacarıqları niyə vacibdir?
27.06.2026Uğurlu insanların 15 əsas xüsusiyyəti
27.06.2026Dünyanın 10 lüks saat brendi
27.06.2026