Süni intellekt ilə video yarada biləcəyiniz 10 internet platforması -<span style="color:#008000"> SƏHƏR OXUSU</span>

Redaktor

29.04.2025 08:30
810

Süni intellekt ilə video yarada biləcəyiniz 10 internet platforması - SƏHƏR OXUSU

Süni intellekt ilə video hazırlamaq artıq sosial media məzmunlarının əsas istiqamətlərindən birinə çevrilib. Sadə interfeysləri, yaradıcı imkanları və bir çox hallarda pulsuz istifadəsi bu proqramları geniş istifadəçi kütləsinə çatdırıb. Bu texnologiyalar mətn, səs, musiqi, emoji və ya mövcud videolardan ilham alaraq yeni videolar yaratmağa imkan verir. Prosesin arxasında isə mənbəni analiz edib vizual və səsli nəticə yaradan alqoritmlər dayanır. Bu videolar əyləncəli, emosional, informativ və ya estetik ola bilər.

Valyuta.az 10 süni intellektlə video yaratma saytını təqdim edir.

1. "Descript"

Video redaktəsini mətn sənədi kimi etmək imkanı yaradan bu platforma videoları avtomatik transkripsiya edir və səhnələrə ayırır. Sadəcə mətn üzərində silmək istədiyiniz hissələri seçməklə videonu kəsə bilərsiniz. Arxa plan görüntüləri və vizual-səs effektləri əlavə etmək də mümkündür.
Qiymət: Pulsuz planla istifadəçilər 1 saatlıq transkripsiya və 720p keyfiyyətdə filiqransız video yarada bilirlər. Daha geniş imkanlar təqdim edən "Creator" planı isə ayda 12 ABŞ dolları qarşılığında 10 saatlıq transkripsiya və 4K keyfiyyətində videolar yaratmağa imkan verir.

2. "Wondershare Filmora"

Videonu avtomatik olaraq səhnələrə bölür və musiqi ilə ritm sinxronizasiyası təmin edir. Sosial media üçün paylaşım funksiyaları, şablonlar və digər yaradıcı alətlər mövcuddur. YouTube, TikTok və Vimeo platformalarına birbaşa bağlantı da dəstəklənir.
Qiymətinə gəldikdə isə platforma müxtəlif ödənişli planlarla fəaliyyət göstərir. İstifadəçilər seçdikləri funksiyalara uyğun plan seçərək ödəmə edirlər.

3. "RunwayML"

Təkcə video yaratmaqla kifayətlənmir, eyni zamanda mətn və görüntü arasında çevrilmələr təklif edir. Bu platforma süni intellektin ikinci nəsil texnologiyasından istifadə edir və istifadəsi olduqca asandır.
Qiymət: Pulsuz planda istifadəçilərə 3 video yaratmaq imkanı verilir. Daha geniş imkanlar üçün təqdim edilən ödənişli planın qiyməti ayda 12 ABŞ dolları, illik ödənişlə isə 24 ABŞ dolları təşkil edir.

4. "Peech"

Brend əsaslı videolar hazırlamaq üçün ideal seçimdir. İstifadəçinin loqosu və rəngləri yadda saxlanılaraq avtomatik olaraq videolara tətbiq olunur. İstifadəçiləri tanıyaraq onların adlarını və vəzifələrini videoda göstərmək imkanına malikdir.
Qiymət: Pulsuz planda istifadəçilər ayda 2 video yaratmaq və maksimum 5 dəqiqəlik yükləmələr etmək imkanına malikdirlər. "Pro" plan isə ayda 59 ABŞ dolları qarşılığında 10 video, 50 dəqiqəlik yükləmə limiti və filiqransız videolar təqdim edir.

5. "Synthesia"

İstifadəçinin öz səsini və simasını istifadə etmədən avatar və avtomatik səsləndirmə ilə videolar hazırlamaq mümkündür. 55-dən çox dili dəstəkləyir.
Qiymət: Fərdi istifadəçilər üçün nəzərdə tutulan planın qiyməti ayda 30 ABŞ dolları təşkil edir.

6. "Fliki"

Fikirlər, bloq yazıları, təqdimatlar və sosial media paylaşımlarından video yaratmaq mümkündür. 75-dən çox dili dəstəkləyən bu platforma "Google", "Sony" və "Meta" kimi aparıcı şirkətlər tərəfindən istifadə olunur.
Qiymət: Pulsuz plan təqdim olunur. Əlavə imkanlar üçün istifadəçilər ödənişli planlara keçə bilərlər.

7. "Pictory"

Mətn və ya URL əsaslı mənbədən avtomatik olaraq video yaradır. Stok görüntülər və avtomatik səsləndirmə funksiyaları ilə işləyir.
Qiymət: Başlanğıc səviyyəsində pulsuz istifadə imkanı var. Daha geniş funksiyalar üçün ödənişli planlara keçmək mümkündür.

8. "Lumen5"

Xüsusilə marketinq məzmunu hazırlayanlar üçün nəzərdə tutulub. Bloglardan və məqalələrdən video yaratmağa imkan verir.
Qiymət: Pulsuz plan mövcuddur. Süni intellekt səsləndirməsi və avtomatik altyazı funksiyalarından istifadə etmək üçün ödənişli planlardan birinə keçmək lazımdır.

9. "KlingAI"

1080p keyfiyyətində videolar yaradır və videonun uzunluğunu 3 dəqiqəyə qədər uzatmaq imkanı verir.
Qiymət: İstifadəçilər gündəlik olaraq 66 pulsuz kredit alırlar. Bu kreditlər vasitəsilə təxminən 5 video hazırlamaq mümkündür. Əsas imkanların əksəriyyəti ödənişli planlarda təqdim olunur.

10. "Sora"

"OpenAI" tərəfindən hazırlanmış bu platforma ilə istifadəçilər mətn və şəkillər əsasında qısa filmlər, təqdimatlar və sosial media videoları yarada bilirlər.
Qiymət: Platforma yalnız ödənişlidir və istifadə üçün "ChatGPT Plus" və ya "Pro" abunəliyi tələb olunur

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...